2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Kəndimizdə ekoloji terror gedir, qarşısını da almırlar”

Yayımlandı: 28 Fevral 2023 15:36

 Lənkəranlılar çay yatağında aparılan qazıntının təhlükə yaratdığını deyirlər

Lənkəran rayonunun Təngivan kəndinin sakinləri yaşadıqları ərazidə ekoloji terrorun hökm sürdüyünü deyir. Onlar iddia edir ki, kəndin ortasından keçən Lənkərançayın yatağının illərdir qazılması, ərazidəki daş-çınqılın daşınması nəticəsində ətrafda böyük yarğanlar yaranıb. Bu isə sözügedən ərazidə yaşayanlar üçün ciddi təhlükədir.

Saytların yığılması Saytlarin yigilmasi

Gücü çatmaq məsələsi deyil, səbəb başqadır

Kənd sakinlərindən Zakir Əliyev Meydan TV-yə danışır ki, çayın yatağında uzun illərdir “PROFCO” adlı şirkət qazıntı işləri aparır. Onun sözlərinə görə, çayın dərin qazılması üzündən onlarla evdə quyular quruyub:

40 hektardan çox çay sahilində torpaq 10 metrdən dərinliyində qazılıb və daşınıb. Əhalinin örüş sahələrinin çoxu qazılıb, yollar dağıdılıb. Ondan artıq yüksək gərginlikli elektrik dirəyinin dibi təhlükəli şəkildə qazılıb. Evlərə yaxın olan karxananın gurultusu, toz torpağı əhalini bezdirib. Təsərrüfatla məşğul olmaq, rahat yaşamaq mümkün deyil…”.

Sakinlər iddia edir ki, məktəblilər səs-küydən dərs oxuya bilmir. Onlar həm də dövlət orqanlarının bu məsələ ilə bağlı yazdıqları şikayətlərə uyğun reaksiya verməməsindən narazıdılar:

Səsimizə səs verən yoxdur. Daha ekologiya qalmayıb, prokurorluq qalmayıb, polis qalmayıb, icra qalmayıb… Hər yerə yazmışıq. Kəndimizdə ekoloji ekoloji terror gedir, qarşısını da ala bilmirlər. Daha doğrusu, almırlar. Biz hesab edirik ki, gücü çatmaq məsələsi deyil, səbəb başqadır…”.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Təngivan kəndi ərazisində karxana fəaliyyətilə məşğul olan “PROFCO” MMC çayın kınarında yerləşən əkinə yararsız, daşlıq torpaq sahəsini bələdiyyədən 2014-cü ildə icarəyə götürüb. İcra hakimiyyətindən vurğulanıb ki, bu qurum sözügedən şirkətə heç bir sənəd verməyib.

Çayın yatağında qazıntı aparan şirkət əvvəl də məhkəməyə çəkilib

Təngivan sakinləri “PROFCO” MMC və şirkətin sahibi Şaiq Həsənovun hərəkətlərinin qanunsuz olduğunu iddia edir.

Amma Şaiq Həsənov bütün sənədlərinin də, görülən işlərin də qanuni olduğunu bildirib.

2020-ci ilin avqustunda “PROFCO” MMC Lənkərancayın yatağında qazıntı işlərilə əlaqədar təbiətə ziyan vurmaqda ittiham edilərək, məhkəməyə cəlb olunmuşdu. O zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, çayın yatağında qazıntı işləri haqda daxil olan şikayət yerində araşdırılıb. Qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14 min 112 manat ziyan dəydiyi müəyyənləşdirilib:

Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib. Eyni zamanda, “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Tərgivan kənd sakinlərindən Ziyafət Əliyevə göndərilən cavabda bildirilir ki, “PROFCO” MMC-nin qanunsuz qazıntı işləri aparmasıyla bağlı akt və protokollar tərtib olunaraq, tədbir görülməsi üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. Lakin məhkəmədə işə xitam verilib.

Eyni zamanda işə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Hazırda bununla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb”, – rəis əvəzi Şakir Quliyev yazıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button