2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kəndlilər hər dəfə əkin-biçim mövsümündən zərərlə çıxdıqlarını deyirlər 

Yayımlandı: 31 Yanvar 2023 19:23

Qaradolaqlılardan əkin suyu tələbi

“Kanal var, su yoxdur. Olanda da hamının sahəsinə çatmır. Əkdiyimiz sahələr susuzluqdan məhsul vermir. Kəndli borca-xərcə girib sahə əkir, mövsümün sonunda da işin içindən ikinci borcla-xərclə çıxır. Sonra da deyirlər, kəndliyə torpaq verilib, əksin, dolansın. Daha deyən yoxdur ki,  kəndli gəlir, susuz sahəyə ürək ağrısıyla tamaşa edir, çıxıb gedir. Kəndlinin əlindən başqa heç nə gəlmir”. 

Saytların yığılması Saytlarin yigilmasi

Ağcabədi rayonunun Qaradolaq kənd sakini Saleh Əliyev deyir, sonuncu əkin mövsümündə 10 hektar yer icarəyə götürüb, onun 4 hektarında taxıl əkib. Ancaq susuzluqdan məhsul götürə bilməyib. Kəndlinin sözlərinə görə, sahələr elə yaxınlıqdan keçən kanaldan su alır. Ancaq heç kanalın özündə su olmur:

“Nə vaxt müraciət ediriksə, deyirlər, növbənizi gözləyin, su hələ başqa kəndlərə verilir. Başa düşmürlər ki, kəndli gözləyə bilər, ancaq əkin gözləyə bilmir, suvarmasan, o əkin batacaq, əkin batanda kəndli də borcun içində batacaq”. 

Yüzlərlə hektar sahə istifadəsiz qalıb

Kənddə çoxu pambıq və taxıl əkiniylə məşğul olur. Saleh Əliyev deyir, su kanalının yaxınlığındakı təxminən 1800 hektarın çox hissəsi əkilməmiş qalıb:

“Cana yığılmışıq, pambıq təhvili ilbəil aşağı düşür. Kəndli artıq əkin işinə pul-para xərcləməyə ehtiyat edir. Hər dəfə deyirlər, gözləyin, Avşardakı sahələr suvarılsın, sonra sizin sahələrə su veriləcək. Əkin sahəsi növbə gözləmir, məhsul zay olandan sonra neynirik o suvarma suyunu? Hər mövsümdən zərərlə çıxırıq”.

Saleh Əliyev təklif edir ki, kəndin yaxınlığından keçən Qarabağ kanalında nasoslar quraşdırılsın, həmin kanaldan Qaradolaqdakı kanala su verilsin.

Yeni nasos stansiyası tikiləcək

Ağcabədi Suvarma Sistemləri İdarəsindənsə Meydan TV-yə bildirlib ki, Qaradolaqdakı suvarma suyu probleminin həlli Araz çayının qolu Xan qızı kanalından keçir. Kəndlərdəki kanallara suvarma suyu həmin kanaldan ötürülür. Ancaq təzyiq aşağı düşəndə kəndlərdə su qıtlığı yaranır. Bu səbəbdən də idarə sahələrin suvarılmasını kəndlər arasında növbələşdirib. Suvarma suyu növbəlilik qrafikinə uyğun verilir. Problemin kökündən həlli üçünsə yeni nasos stansiyasının tikintisi nəzərdə tutulub. Hazırda layihə üzərində işlənilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button