2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kərəm Həsənov prezident sərəncamına qarşı – Şikayət

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti prezident sərəncamını icra etmir.

Bu barədə Vizual.Az-a ünvanlanan məktubda qeyd olunub ki, Ağabəyova Nazilə Həsənağa qızı qanuni istifadəsində olan torpaq sahəsini bu günə kimi özəlləşdirə bilmir.

Onun hüquqlarını müdafiə edən Nazim Musayevin sözlərinə görə, 2008-ci ildən başlayaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciətlər olub:

Saytların yığılması Saytlarin yigilmasi

“Bildiyimiz kimi torpaq münasibətlərini tənzimləyən qanunların icrasında çoxlu sayda neqativ hallar mövcud olduğundan, bu neqativ halların aradan qaldırılması və bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin ediməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunub.

Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi, vətəndaşların qanuni istifadələrində olan bağ sahələrinin isə həmin Sərəncamla əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi qərara alınıb.

Lakin qurumun Bakı şəhər Ərazi İdarəsində prezidentin yuxarıda göstərdiyim sərəncamına hörmətlə yanaşıb onu icra etmək əvəzinə, müxtəlif bəhanələr gətirilərək faktiki olaraq sərəncamın icrasını N.Ağabəyovaya münasibətdə sabotaj etməyə başlayıblar.

Bu səbəbdən N.Ağabəyova təqribən altı ildir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəda məcburən məhkəmə çəkişmələrinə cəlb olunub.

Onun əsaslı və qanuni tələbləri məhkəmələr tərəfindən təmin olunsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nə prezidentin yuxarıda göstərdiyim sərəncamına əhəmiyyət verir, nə də məhkəmə qərarlarına”.

N.Musayev qeyd edib ki, bu səbəbdən Nərimanov rayon məhkəməsinin 6 yanvar 2016-cı il tarixli qərarı ilə İdarənin rəisi Xudaverdiyev Qalib Firudin oğlu 1.000(min) manat məbləğində inzibati cərimə ilə tənbeh edilib:

“Lakin bundan sonra da o məhkəmə qətnaməsini icra etməyib, prezidentin sərəncamına, məhkəmə qətnamələrinə hörmətsizlik edən bu şəxs deyilənə görə başqa şəhərə, eyni vəzifəyə təyinat alıb.

Görəsən hansı müsbət keyfiyyətlərinə görə Qalib Xudaverdiyev komitə sədri Kərəm Həsənov üçün qiymətli kadr statusuna layiq görülüb? Kərəm Həsənovdan onu da soruşmaq istəyərdim ki, görəsən onun tabeçiliyində olan Bakı şəhər Ərazi İdarəsi nə vaxta qədər məhkəmə qətnamələrinə və Prezidentin yuxarıda göstərdiyim Sərəncamına hörmətsizlik edərək Ağabəyova Nazilə Həsənağa qızının mülkiyyət hüququnu qeydə almaqdan imtina edəcək?

Bəlkə cənab Kərəm Həsənov yeni rəisi cərimələtdirmədən və başqa vəzifəyə təyin etmədən dövlətçilik ənənələri üçün təhlükəli olan bu oyuna son qoyacaq və Nazilə xanım Ağabəyovanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına göstəriş verəcəkdir? Axı,Prezidentimiz deyir ki,məmurun vəzifəsi vətəndaşa xidmət etməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button