2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Kərəm Həsənovun son durumuna ekspert baxışı – “”MTN İŞİ” OLA BİLƏR”

Məhəmməd Talıblı: «Özəlləşdirmənin Əmlak Komitəsinin tabeçiliyindən çıxarılaraq, başqa quruma verilməsi komitəyə qarşı etimadsızlıq deməkdir»

Xəbər verdiyimiz kimi dövlət başçısı Ilham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir.

BUNU DA OXUYUN  Kərəm Həsənov Ziya Məmmədovun taleyini yaşaya bilər – ƏLAHİDDƏ ÖZƏLLƏŞMƏDƏ ONA ETİMAD YOXDUR

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.

Bundan başqa, fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır.

Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib.

Bu fərmanın imzalanmasının səbəbi nədir? K.Həsənovun aqibəti bundan sonra necə olacaq?

TALİBLİ

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, büdcə kəsirinin yaranma ehtimallı artdıqca, büdcəyə Neft Fondundan transfertlər azaldıqca, qeyri-neft sektorundan daxilolmalar artmalıdır. M.Talıblının sözlərinə görə, qeyri-neft sektoru ilə yanaşı müxtəlif mənbələrdən daxilolmalar da artmalıdır: “Burada xüsusilə də dövlət mülkiyyətində qalan obyektlərin özələşdirilməsindən, onlara yönəlik vəsaitlərin dövlət büdcəsinə cəlb olunmasından söhbət gedir. Ölkədə birinci və ikinci özələşdirmə proqramları zamanı həm mülkiyyətin, həm də kapitalın təmərküzləşməsi sürətləndi. Bu bir çox halda cəmiyyətdə sosial sülhin təmin olunmasına yox, sosial təbəqələşmənin artmasına səbəb oldu. Özələşmə beləliklə öz məqsədinə çata bilmədi. Üçüncü özələşmə daha çox iri müəssisələrin özələşdirilməsinə yönəlib. Bunun həyata keçirilməsi hansısa ciddi problemlər doğura bilər. Bu artıq ölkədə dövlət mülkiyyətində qalan sonuncu adalar deməkdir. Bu mülkiyyətin də həm simvolik, həm də ədalətsiz özələşdirilməsi ölkədə mülkiyyət hüquqlarının tapdanmasına gətirib çıxaracaqdır. Çünki bu zaman ölkədəki iri obyektlərin əmmurlar tərəfindən özələşdirilməsinə start verilə bilər. Bu da təbii inhisarçıların məmur-oliqarxlar tərəfindən nəzarətə götürülməsinə gətirib çıxaracaqdır”.

M.Talıblının sözlərinə görə, indiki halda özələşdirmənin Əmlak Komitəsinin tabeçiliyindən çıxarılaraq, başqa quruma verilməsi komitəyə qarşı etimadsızlıq və iri əmlakın özələşdirilməsi ilə bağlı baxışların qeyri-müəyyən qalması deməkdir: “Ona görə də bu özələşdirmə proqramına sadəcə olaraq iri müəssisələrin özələşdirilməsi kimi baxılmamalıdır. Bu proqram eyni zamanda sosial təbəqələşməni aradan qaldırmalı, yeni iş yerləri açmalı, büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin etməlidir. Əgər özələşdirmə bu məqsədlərə xidmət etməyəcəksə, o zaman bu proqramdan ölkə ziyana düşəcək”.

K.Həsənovun gələcək aqibətinə gəlincə isə, M.Talıblı bildirdi ki, müəyyən müddətdən sonra vəzifəli şəxslərin iqtisadi resurslara nəzarət imkanları artdıqca, onların hədəfə gəlmə ehtimalları da artır. Nəticədə iqtisadi proseslər üzərində nəzarət imkanı olan şəxslərin iştirakçı olaraq bazardan sıxışdırılması prosesi başlayır.

Bəzi iddialara görə isə K.Həsənovla bağlı bu addım onun adının “MTN işi”ndə hallandırılması ola bilər. Qeyd edək ki, Kərəm Həsənovun Eldar Mahmudovun şəbəkəsilə işbirliyində olması barədə mətbuatda dəfələrlə yazılıb.

Bir müddət əvvəl isə K.Həsənova məxsus əmlakların siyahısı dərc olunmuşdu. Belə mülahizələr də var ki, K.Həsənovun iqtisadi gücə çevrilməsi hakimiyyət daxilində narahatlıq yaradıb. Bu baxımdan onu da nəqliyyat naziri Ziya Məmmədov kimi zəiflətmək istəyirlər.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button