2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Kərəm Həsənovun dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kurasiyasında olan şərab zavodunda işçilərin maaşı verilmir.

Bu barədə 24saat.org-a Cəlilabad rayonundan xəbər daxil olub. “Cəlilabad Şərab-2” ASC istehsalat müəssisəsində çalışanların əmək haqqı ya gecikdirilir, ya kəsilir, ya da heç verilmir. Bu da böyük narazılıq yaradır.

Ona görə zavodun işçi heyəti tez-tez dəyişir. Maaşını ala bilməyənlər bezərək zavodu tərk edir, onların yerinə yeniləri cəlb olunur. Bu metodologiya ilə şərab zavodu fəaliyyət göstərməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda qeyd olunur ki, böhranın dərinləşməsi və bahalaşmanın hər sahəni bürüməsi insanların sosial həyatını ağırlaşdırsa da, “Cəlilabad Şərab-2” ASC rəhbərliyi işçilərin pulunu vaxtında ödəmir.

Komitə sədrinin sahib olduğu zavodun dayısı və qardaşı tərəfindən idarə olunduğu deyilir. K.Həsənovun dayısı Rahib Kərimov Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisidir.

Onun rayonun aqrar sektorunu da məhv etdiyi söylənir. Zavoda nəzarət edən ikinci şəxs isə komitə sədrinin deputat qardaşı Malik Həsənovun olduğu bildirilir. Hazırda şərab zavodunda ciddi şəkildə gərginlik və narazılıq hökm sürür. Fəhlələrin tətil edəcəyi istisna olunmur.

Çünki ilin sonuncu ayıdır və hələ də zavod işçilərinə bütün borclar tam ödənilməyib. O da deyilir ki, zavod müasir standartlara cavab verir, avadanlıqları ən yenidir və böyük potensialı var. Həqiqətən də belə bir zavodun işçilərinə münasibəti anlaşılan deyil. Prezident tapşırıb ki, insanlar incitmək, narazı salmaq olmaz.

24saat.org mətbuatda yayılan xəbərlərə istinadən xatırladır ki, Cəlilabaddakı şərab zavodunda çirkli pullar yuyulur. Zavodun direktoru Xanlar adlı şəxsdir.“Cəlilabad Şərab-2” ASC-nin əsası 1972-ci ildə qoyulub.

2007-ci ildə zavod xarici mütəxəssislər tərəfindən yenidən qurularaq, İtaliya və Fransadan gətirilmiş müasır avadanlıqlarla təchiz olunub. Yeni gətirilən və qurulan texnologiyalar imkan verir ki, saatda 10.000 ədəd şərab-araq məhsulları süzülsün.

Məlumata görə, qazanılmış çirkli pullar birbaşa sahibkarlıq fəaliyyətinə yönəldilərək leqallaşdırılır. 110 milyondan artıq qiymətə hesablanan zavodun fəaliyyəti yerli sahibkarları müflis edib.

Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button