2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kərimovdan çıxarılan dərs, yaxud Nazarbayevin planı nədir? – ASTANADAN BAXIŞ

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində parlamentin səlahiyyətlərinin artırılmasını təklif etdi. Beləliklə, Qazaxıstanda idarəçilik sisteminin dəyişdirilməsi, konkret desək, Prezident Respublikasından Parlament Respublikasına keçid mərhələsi başlandı. Qazax liderinin bu addımı ortaya bir sıra suallar çıxarır. Xüsusilə, bir müddət öncə qonşuluqdakı Özbəkistanda Kərimovun ölümündən sonra hakimiyyətin dəyişməsi, həmçinin, Trampın prezident postunda işə başlamasından sonra bu addımın atılması diqqət çəkir.

Qazaxıstanlı siyasi ekspert Nurqali Yusipbay Publika.az-a müsahibəsində Nazarbayevin addımının nədən qaynaqlandığını və Qazaxıstandakı siyasi vəziyyəti şərh edib.

Saytların yığılması Saytlarin yigilmasi

– Nazarbayev parlament səlahiyyətlərinin artırılmasını təklif etdi. Nə baş verir, o, postundan əl çəkir, yoxsa burada başqa məqamlar var?

– Nazarbayev xalqa müraciətində bildirdi ki, səlahiyyətlərini və vəzifəsini parlamentə, yaxud hökumətə vermir. Sadəcə olaraq, bundan sonra parlamentin səlahiyyətlərinin daha da güclənməsi istiqamətindəki fikirlərini dilə gətirdi. Bu, əslində tarixi islahatların başlanğıcıdır. Nazarbayev parlamentin idarəçilikdə rolunun artırılması məsələsini bundan öncəki çıxışlarında da zaman-zaman dilə gətirmişdi. Bu dəfə o, bununla bağlı Qazaxıstan xalqına müraciət etdi. Səbəbi bu idi ki, bu məsələ ilə bağlı öncə xalqın rəyi öyrənilsin, vətəndaşlar tərəfindən müzakirə edilsin. Bəzi iddialar Nazarbayevin diktatorluq etməsi ilə bağlıdır. Bu, bir daha göstərir ki, reallıqda belə deyil. 26 yanvardan 26 fevrala qədər parlamentin səlahiyyətlərinin artırılması məsələsi strateji mərkəzlərdə və digər qurumlarda müzakirə olunacaq, vətəndaşlar öz fikirlərini dilə gətirəcəklər. Yəni bu məsələdə vətəndaşların da fikirləri nəzərə alınacaq. Bu müraciətdən əvvəl Nazarbayevin təlimatı ilə prezident idarəçiliyindən parlament idarəçiliyinə keçidlə bağlı araşdırma qrupu yaradılmışdı. İndi bu keçid dövrünü həmin qrup həyata keçirəcək. Burada ağırlıq konstitusiyaya veriləcək. Çünki yeni idarəçilik sisteminin tətbiqi üçün əvvəlcə konstitusiya dəyişikliyi lazımdır. Konstitusiya dəyişikliyi ilə bağlı layihənin mətni rəsmi media orqanlarında yayımlandı. Nəzərdə tutulan bir ay müddətində yeni konstitusiya layihəsi müzakirə olunacaq.

Nazarbayevin bu addımının səbəbinə gəlincə, konkret cavabım belədir: Özbəkistanda prezident dəyişikliyi Qazaxıstan üçün də bir təcrübə oldu. Bu mənim şəxsi fikrimdir. Digər tərəfdən, Nazarbayevin gələcəkdə öz postunda qalıb-qalmayacağı haqqında dəqiq nəsə demək də mümkün deyil. Hazırda gündəmdəki əsas məsələ parlament idarəçiliyinə keçiddir.

– Bu dəyişikliyi Qazaxıstan ictimaiyyəti necə qarşılayır?

– Nazarbayevin müraciətindən sonra rəsmi qurumlar bunu dəstəklədiklərini açıqladılar. Lakin bəzi şəxslər prezidentlik sisteminin davam etməsinin doğru olduğunu deyirlər. Bir sıra ekspertlər isə bunun ümumiyyətlə bir keçid dövrü olduğunu hesab edirlər. Buna görə də konkret nəsə demək çətindir. Lakin hazırki vəziyyət belədir ki, Qazaxıstanın idarəçilik sistemində parlamentə ağırlıq verilməsi əsas istiqamətdir. Qazaxıstan hökuməti də ölkənin idarəçiliyində parlament sisteminin əsas olmasını doğru hesab edir. Digər tərəfdən onu deyə bilərəm ki, Nazarbayev təcrübəli siyasətçi olaraq, daha öncə də uğurlu layihələr həyata keçirib. Xüsusilə son dövrlər Qazaxıstanda bir çox islahatlar uğurla reallaşıb. Təhsil, tibb, xarici və daxili siyasət, idarəçilik, təhlükəsizlik, ticarət, hətta kosmos sahəsində də mühüm addımlar atılıb. Müxtəlif nazirliklərdə də dəyişikliklər həyata keçirildi. Misal üçün, son aylarda Əlaqələndirmə və İnformasiya Nazirliyi yaradıldı. Bəzi nazirliklərin səlahiyyətləri azaldı, bəziləri birləşdirildi, bir sıra komitələr, dövlət agentlikləri sıfırdan quruldu. Hər şey ehtiyaca görə həyata keçirilir. Xüsusilə ölkənin daxili və xarici təhlükəsizliyi məsələsində ciddi islahatlar aparıldı. İdarəçiliyin dəyişdirilməsi ilə bağlı islahatlar da bu prosesin davamıdır. Lakin Nazarbayev prezident səlahiyyətlərini hökumətə devr etmədi. Sadəcə olaraq, parlament idarəçiliyinə ağırlıq veriləcəyini elan etdi. Eyni zamanda, konstitusiya dəyişikliyi layihəsini təklif etdi.

– Hesab etmək olarmı ki, Özbəkistanda İslam Kərimovun vəfatından sonra ölkədə çətin vəziyyət yarandı və bu təcrübədən çıxış edən Nazarbayev özündən sonra mümkün təhlükələrin qarşısını almaq üçün belə dəyişikliyə gedir?


– Özbəkistanda prezident dəyişikliyi və baş verən hadisələrin Qazaxıstan üçün bir təcrübə olduğunu deyə bilərik. Özbəkistan Qazaxıstanın həm qonşusu, həm də təhlükəsizlik məsələsində və iqtisadi sektorda ortağıdır. Kərimovun vəfatından sonra özbəkistanlı rəsmilərlə görüşlər keçirildi və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün razılaşmalar əldə edildi. Hətta prezident Şövkət Mirziyoyevin ilk səfərini Qazaxıstana edəcəyi gözlənilir.
Özbəkistanda yaşananlar Qazaxıstan üçün də gec, yaxud tez gündəmə gələ bilər. Nazarbayev təcrübəli və ağıllı siyasətçi olaraq, ölkəsində böhranın baş verməməsi üçün mümkün risklərin qarşısını indidən alır.

– Qazaxıstanı Mərkəzi Asiyanın açar ölkəsi hesab etmək olar. Maraqlıdır ki, Nazarbayevin təklifi ABŞ-da Donald Trampın prezident səlahiyyətlərinə başlamasından sonraya təsadüf etdi. Qazaxıstanda idarəçiliyin dəyişilməsi gələcəkdə ABŞ-dan gələ biləcək hər-hansı təhlükələrə qarşı ola bilərmi?

– Bu bölgənin açarının Qazaxıstan olduğu fikrinə qatılıram. Hətta Zbiqnev Bjeziniski deyirdi ki, Qazaxıstan Avrasiyanın siyasi və strateji qalxanıdır. Dediyiniz kimi, ABŞ-ın Qazaxıstana, eləcə də Mərkəzi Asiyaya təsir etmək istəkləri məlumdur. Vaşinqton Əfqanıstanda, Pakistanda, Yaxın Şərqdə, yaxud bu coğrafiyada siyasəti həmişə dizayn etməyə can atıb. Bu məlum məsələdir. Onu da qeyd edim ki, Mərkəzi Asiya ölkələri ABŞ-ın rəhbərliyi altında F-5+1 siyasi platforması yaradıblar. Bu, region ölkələrinin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Şəxsi fikrim belədir ki, bu platforma ABŞ-ın bölgəyə təsir etməsi üçün yaradılıb.


Bütün bunların fonunda Trampın Ağ Evə daxil olmasından və Suriya münaqişəsi ilə bağlı Astanada ABŞ olmadan görüşün keçirilməsindən sonra Nazarbayevin addımı hər kəsi düşündürən faktordur. Nazarbayevin islahatlara başlaması, gələcəkdə ehtimal ki, yeni idarəçilik sisteminə keçid məsələsi ABŞ-ın bölgəyə və Qazaxıstana təsirini azaltmasına hesablandığını konkret demək mümkün deyil. Onu deyə bilərəm ki, Nazarbayev müraciətində yeni sistemi başqa ölkələrdən “kopyalanmadığını” bəyan etdi. Bildirdi ki, bu, Qazaxıstanın vəziyyətinə, daxili və xarici faktorlara, ənənələrinə və ehtiyaclarına görə həyata keçirilir. Hesab edirəm ki, bu islahatlara zərurət məhz Qazaxıstanın ehtiyaclarına görə yaranıb.

– Qazaxıstanda müxalifətdən olan siyasətçi Amircan Kosanov deyir ki, əslində Nazarbayevin addımı “varis planı” ilə bağlıdır.


– Nazarvayevin müraciətindən sonra bir sıra fikirlər ortaya çıxdı. Bundan sonra da bir çox fikirlər səslənəcək. Bəzi fikirlərə qatılmaq, bəzilərinə əlavələr etmək olar. Lakin fikrimcə, Nazarbayev təcrübəli və ağıllı siyasətçi kimi Qazaxıstan üçün nə lazımdırsa, onu həyata keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button