Bizim tərcüməDünya

Kərtənkələlərin əcdadı muzeyin şkafından çıxdı! Başqa bir sürünən kimi etiketlənmişdir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Böyük Britaniyada yerləşən Bristol Universiteti və Təbiət Tarixi Muzeyi rəsmiləri dünən açıqladılar ki, muzeyin saxlama şkafında 1950-ci illərə aid ‘yanlış etiketlənmiş’ fosili bugünkü kərtənkələlərin əcdadı olaraq təyin etdilər. Bu kəşfin məlum olanın əksinə olaraq, oxşar ailələrə aid olan kərtənkələ və sürünənlərin meydana çıxmasını 35 milyon il geriyə daşıdığı vurğulanıb. tərəfindən kəşf edilən Dr. David Whiteside və komandası rentgen taraması ilə qalığı tədqiq etdi və nümunənin müasir kərtənkələlərlə əlaqəli olduğunu ortaya qoydu.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun son illərin ən mühüm kəşfi olduğunu bildirən Dr. Whiteside kəşf prosesini belə təsvir etdi; “Mən ilk dəfə Elmi Tədqiqat İşçisi olduğum Londondakı Təbiət Tarixi Muzeyinin anbarlarında Klevosaurus qalıqları ilə dolu şkafdakı nümunəni müəyyən etdim… Nümunəmizə sadəcə olaraq “Klevozavr və başqa bir sürünən” etiketi qoyulmuşdu. Nümunəni tədqiq etməyə davam etdikcə, onun Tuatara qrupu ilə deyil, müasir kərtənkələlərlə daha yaxından əlaqəli olduğuna getdikcə daha çox əmin olduq. “Biz kollecdə fosillərin rentgen taramasını etdik və bu, qalığı üç ölçülü rekonstruksiya etməyə və qayada gizlənmiş bütün kiçik sümükləri görməyə imkan verdi.”

(DHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button