2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Kəşfiyyatçı zabitimizə yeni ayaq köçürüldü – FOTO

Döyüş tapşırığını icra edərkən yaralanan zabitimiz, baş-leytenant Kamil Musəvi bildirib ki, ona Türkiyədə protez ayaq köçürülüb.

“Hazırda Türkiyədəyəm. İstanbulun klinikalarının birində mənə yeni ayaq köçürüldü. Əvvəlki protez ayaqdan fərqli olaraq müasir üslubda hazırlanan bu ayaq hissiyatlıdır.Həm də çox rahatdır. Artıq normal şəkildə hərəkət edə bilirəm. Bildiyiniz kimi mənə yeni ayağın köçürülməsinə Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov, Qazax rayonundan olan xeyriyyəçi Arzuman Abdulkərimov, Qax rayonundan olan xeyriyyəçi Nizami Manafov və Ağdamdan olan xeyriyyəçi Kamil Əhmədovun böyük dəstəyi olub. Burada yeni gözün köçürülməsi üçün də həkimlər baxış keçirdilər. İnşallah yaxın aylarda gözümün bərpası üçün yenidən İstanbula qayıdacam. Mənə dəstək olan dövlətimizə, Müdafiə Nazirliyinə və xeyriyyəçi insanlara təşəkkür edirəm. İnşallah tezliklə gözüm də bərpa olunar.”

Xatırladaq ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi bir gözünü və bir ayağını itirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

kamil turkiye

femida.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button