2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kabel televiziyaları ilə verilən xarici reklamlar qadağan edilə bilər

Milli Məclis bu gün, mayın 16-da keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini ilk oxunuşda bəyənib.

Sözügedən qanun layihəsi kabel televiziyası şəbəkəsi yayımının əsaslarını müəyyən edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qanun layihəsi 17 maddədən ibarətdir.

Qanun kabel yayımçılarının üzərinə lisenziya verilmiş milli yayımçıların proqramlarını ödənişsiz yayımlamaq vəzifəsi qoyur.

Buna da bax:​ MTRŞ: ‘İnternet televiziyaları niyə tənzimlənməsin?’

Bundan başqa, kabel yayımçısı nəzərdə tutulan proqram paketini mütləq müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırmalıdır. Yayımçı həmin qurumun razılıq vermədiyi kanalları öz paketinə daxil edib, yaya bilməz.

Yayımçı dövlət maraqlarına zidd proqram gördükdə, yayımı dayandıra biləcək

Qanun layihəsində həmçinin vurğulanır ki, kabel yayımçısı teleradio proqramlarının məzmununa nəzarət etməlidir. Dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrıseçkilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyacaq. Ancaq kabel yayımçısı belə proqramları aşkar etdikdə, onun kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra, yaxud yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə biləcək.

Buna da bax: Uşaqlara zərərli reklamlar məhdudlaşdırılacaq

Qanun layihəsində reklamla bağlı müddəalar da əksini tapıb. Həmin müddəalarda bildirilir ki, kabel yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button