2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kabildə baş vermiş partlayışda azı 10 nəfər ölüb

İD bildirir ki, onun üzvlərindən biri Talibanın təhlükəsizlik sədlərindən keçərək üstündəki bombanı partlada bilib

Saytların yığılması Saytlarin yigilmasi

İslam Dövləti (İD) ekstremist təşkilatının regional qanadı Əfqanıstanın paytaxtı Kabildə, Xarici İşlər Nazirlyinin yaxınlığında törədilmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayış nəticəsində azı 10 nəfərin öldüyü və daha 53 yaralının olduğu xəbər verilir.

Silahlı qruplaşmanın Amaq xəbər agentliyinin teleqram kanalında bildirlir ki, İD üzvlərindən biri Talibanın təhlükəsizlik sədlərindən keçərək üstündəki bombanı partlada bilib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra İD-Xorasan təşkilatı tərəfindən hədəflənir.

Taliban hökumətinin təhlükəsizlik qərargahınımn sözçüsü Xaled Zadran AzadlıqRadiosuna partlayışın yanvarın 13-də yerli vaxtla saat 16-da baş verdiyini təsdiq edib.

Sözçü bildirib ki, intiharçı nazirliyə daxil olmağa çalışsa da, bunu edə bilməyib.

Çox ziddiyyətli məlumatlar

Partlayışın ardınca İtaliya QHT-lərindən birinin xəstəxanasının cərrahiyyə şöbəsinə 40-dan çox yaralının gətirildiyi xəbər verilir.

BMT və bir neçə başqa ölkələr bu hücumu qətiyyətılə pisləyiblər.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay Twitter postunda hadisəni “insanlığa və İslam dəyərlərinə qarşı terror adlandırıb”.

Xarici İşlər Nazirliyinin əməkdaşlarından biri AzadlıqRadiosuna deyib ki, hadisə baş verəndə XİN-in əməkdaşları binada yox idilər.

Lakin eyni mənbə partlayışın çox güclü olduğunu və adamların öldüyünü bildirib.

Başqa bir mənbə isə bildirib ki, partlayış baş verəndə binada Talıiban nümayəndələri ilə Çin rəsmiləri arasında görüş keçirilirdi.

Nazirlik sözçüsünün müavini Ziya Əhməd Təkəl isə deyib ki, belə bir görüş ümumiyyətlə olmayıb.

24 saat” “
Kabildə baş vermiş partlayışda azı 10 nəfər ölüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button