2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kabilin Beynəlxalq Hava Limanı xaos vəziyyətindədir

Taliban döyüşçülərinin Kabildə mövqe tutmasından bir gün sonra, bazar ertəsi Əfqanıstanın paytaxtının beynəlxalq aeroportu çıxış yolu axtaran minlərlə əfqan, ərazinin təhlükəsizliyini təmin etmək üçün xəbərdarlıq atəşi açan ABŞ əsgərləri, Qərb dövlətlərinin vətəndaşları və 20 il əvvəl müharibə başlayandan bəri onlara yardım edən yerli əhali ilə xaos vəziyyətindədir.

Sosial mediada yayılan videolarda hava limanının asfaltında qaçan və təyyarəyə qalxmağa çalışan pilləkəndə yer axtaran izdiham səhnələrindən sonra, Əfqanıstan Mülki Aviasiya İdarəsi aeroport mülki hissənin “əlavə məlumat verilənə qədər” bağlandığını bildirib.

United, British Airways, Virgin Atlantic və Lufthansa da daxil olmaqla, bir çox aviaşirkətlər Əfqanıstanın hava məkanında uçuşlar etməyəcəklərini, Ərəb Əmirlikləri və Pakistanın Beynəlxalq Hava şirkətləri isə Kabilə uçuşları dayandırdıqlarını bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Paytaxtdakı səfirliklərin boşalmasından sonra Əfqanıstanı tərk etmək istəyən diplomatlar da aeroporta toplaşıb.

İtaliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, İsveç, Avstraliya və Çexiya artıq işçilərini çıxarmış və ya bazar ertəsi çıxaracağı planlarını açıqlayan ölkələr arasındadır.

Bir həftədən bir az çox müddət ərzində vilayət paytaxtlarını və ölkənin əksər hissəsini ələ keçirdiyini elan edən Taliban döyüşçüləri bazar ertəsi Kabil küçələrində patrul xidməti çəkir.

Taliban liderinin müavini və qurucularından biri Molla Əbdül Qani Bəradər bazar ertəsi verdiyi açıqlamasında Əfqanıstan xalqını və mücahidlərini qələbə münasibətilə təbrik edib. O, Qətərin paytaxtı Dohadakı ofisindən Puştu dilində video mesaj yayımlayıb.

“Mən sizin həyatınızdan və həyatla əlaqəli gündəlik tələblərinizdən məsul olduğumuzu bildirmək istəyirəm və biz Uca Yaradanın bizə nəsib etdiyi böyük qələbədən sonra sizin həyatınızı daha da yaxşılaşdırmaq üçün buradayıq” – deyə, Bəradər bildirib.

BMT Baş katibi bazar günü verdiyi açıqlamada Talibanı “həyatları qorumaq üçün maksimum təmkinli olmağa” çağırıb və əlavə edib ki, bütün humanitar təşkilatlara yardım vermələrinə icazə verilməlidir.

Amerika Birləşmiş Ştatları və 60-dan çox ölkə bazar ertəsi Əfqanıstandakı bütün tərəfləri ölkəni tərk etmək istəyən əfqanların və xarici vətəndaşların nizamlı şəkildə getməsinə “hörmət göstərməyə və asanlaşdırmağa” çağıran bir bəyanat yayıb.

Əfqanıstan Prezidenti Əşrəf Qani, ölkənin vitse -prezidenti və digər yüksək vəzifəli şəxsləri bazar günü Əfqanıstanı tərk edib.

Qani bazar günü Facebook səhifəsində ölkəni qan tökülməsinin qarşısını almaq üçün tərk etdiyini bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button