2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kadırovun istefaya getmək fikri yoxdur

Kadırov 27 illik rekordu təzələmək qərarına gəlib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Şimali Qafqaz regionu Çeçenistanın avtoritar lideri Ramzan Kadırov istefaya getməsi ilə bağlı paylaşımına reaksiyaların ardınca bildirib ki, bir region liderinin vəzifədə 27 illik rekordunu qırmaq istəyir.

Kadırov sentyabrın 5-də axşam saatlarında “Telegram”da yazıb ki, iki gün əvvəl istefası ilə bağlı bəyanat insanların buna düşüncələrini öyrənmək məqsədi daşıyırdı.

45 yaşlı Kadırov 2007-ci ildən Çeçenistanı dəmir yumruqla idarə edib və hazırda Rusiya regionunda ən uzunömürlü liderdir.

Sentyabrın 3-də Kadırov yazıb ki, regiona 15 il başçılıq edib və “vaxtı çatıb”.

Ancaq Kadırov “Telegram”dakı son paylaşımında yazıb ki, adı açıqlanmayan rusiyalı siyasətçinin 27 il regional lider vəzifəsində çalışdığını öyrənib, buna görə də “bu rekordu təzələməyə qərar verib”.

“Onu ötüb keçə biləcəyəmmi, görəcəyik”, – Kadırov yazıb və əlavə edib ki, indi postu tərk etməyə “haqqı” yoxdur.

Rusiya və beynəlxalq insan haqları qrupları illərdir Kadırovu oğurluq, işgəncə, məhkəmədənkənar edamlar, o cümlədən xaricdə yaşayan müxaliflərin öldürülməsi, LGBT icmasının təqibləri də daxil olmaqla, ciddi insan hüquqları pozuntusunda günahkar hesab edir.

Kremlin tənqidçiləri deyirlər ki, Prezident Vladimir Putin Çeçenistanda separatçı əhval-ruhiyyə və zorakılığə cilovlamaqdan ötrü Kadırova inanıb və buna görə də sui-istifadə və pozuntulara göz yumub.

Kadırov həmçinin Rusiyanı Ukrayna ilə müharibəyə təşviq etməkdə mühüm rol oynayıb və müharibədə ağır itkilər verən Rusiya qoşunlarına qüvvə cəlb edib.

O, Telegram-dakı son yazısında qeyd edib ki, Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsində dünya satanizmi ilə mübarizə apardığı” bir vaxtda nə regional liderlər, nə də istənilən rütbədə hərbçilər öz postlarını tərk edə bilərlər.

Kadırov əvvəllər də vəzifəsindən getməsi ilə bağlı açıqlamalar verib, lakin heç vaxt bu yöndə konkret addım atmayıb.

24 saat” “
Kadırovun istefaya getmək fikri yoxdur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button