Vakansiya 2021

Kadrlar üzrə aparıcı mütəxəssis (Şəmkir rayonu, İnsan Resursları şöbəsi) – SOCAR

Vəzifə haqqında məlumat
Vakansiyanın adı: Kadrlar üzrə aparıcı mütəxəssis (Şəmkir rayonu, İnsan Resursları şöbəsi)

Elanın bitmə tarixi 22.07.2021

Keçid kodu 06263/2021 EXT

Müəssisə, Təşkilat Azəriqaz İB

Struktur vahidi İnsan resursları şöbəsi

Ştat vəzifəsinin adı Kadrlar üzrə aparıcı mütəxəssis (Şəmkir rayonu, İnsan resursları şöbəsi)

Struktur vahidinin ünvanı Şəmkir şəhəri, H.Əliyev prospekti 43

Şəhər/rayon Şəmkir rayonu

Müqavilənin növü Müddətli

Əməyin ödənilmə dərəcəsi 12

Əmək haqqı 1010.00 azn/aylıq

SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir.

Əlavə məlumat
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat

•Personalın idarə olunması məlumatlarını SAP ERP sisteminin HR Kadr
məlumatları moduluna işləmək;

•Daxil olmuş icazə məktubları, ərizələr əsasında İdarənin nomenklaturasına
aid olan peşə və vəzifələr üzrə “İşçi” ilə “İşəgötürən” arasında fərdi qaydada
bağlanan əmək müqaviləsini (ona dəyişiklikləri) hazırlamaq və
imzalanmasını təşkil etmək;

•Əmək müqavilələrinin (ona dəyişikliklərin) uçotunu aparmaq;

•Əmək müqavilələrinin bağlanması, ona dəyişikliklərin edilməsi, xitam
verilməsi barədə əmrləri hazırlamaq;

•İşçilərin şəxsi işlərini formalaşdırmaq, əmək kitabçalarının qəbulu,
doldurulması, uçotunun aparılması və mühafizəsini təşkil etmək;

•Sahənin struktur bölmələri üzrə məzuniyyət qrafikini tərtib etmək;

•Təsdiq olunmuş qrafikə uyğun işçilərə əmək məzuniyyətlərinin verilməsi
barədə əmrləri hazırlamaq, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik
üzrə istifadə edilməsinə nəzarət etmək, T-2 №-li şəxsi formada
məzuniyyətlərin uçotunu aparmaq;

•Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və
qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat
təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;

•Kadrlara olan tələbat haqqında rəhbərliyə məlumat vermək, kadr axınının
səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq
və rəhbərliyə təqdim etmək;

•İşçilərə növbəti əməyinin ödənilməsi və ixtisas dərəcələrinin verilməsi üzrə
Mərkəzi komissiyaya və attestasiya komissiyasına lazım olan materialları
hazırlamaq;

•İdarə üzrə əmək qanunvericiliyinə və daxili intizam qaydalarına riayət
edilməsinə nəzarət etmək;

•İşçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən
keçməsini təşkil etmək, tibbi müayinədən keçən işçilərin sənədlərini şəxsi
işlərinə və SAP ERP sisteminə əlavə etmək;
Vəzifə öhdəlikləri (funksiyalar)

•İşçilərin əmək stajını hesablamaq, onların əmək fəaliyyətləri haqqında
arayışlar hazırlamaq;

•Təqaüd yaşına çatmış işçilərin sənədlərini hazırlamaq üçün arayışlar
hazırlamaq;

•Kadr işləri üzrə müəyyən olunmuş hesabatları tərtib etmək, müəyyən
edilmiş müddətlərdə aidiyyəti üzrə təqdim etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali təhsil Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali təhsil / Müvafiq sahə üzrə 3 İl / Müvafiq sahə üzrə

Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.

Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word

Bilməlidir
•Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
•Kadr işinə aid olan normativ, metodik və digər rəhbər materialları;
•Kadrların ixtisas və peşəkarlığının artırılması işini;
•Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunması işini;
•Elektron Hökumət Portalında işləməyi.

Kadrlar üzrə aparıcı mütəxəssis (Şəmkir rayonu, İnsan Resursları şöbəsi) – SOCAR vakansiyası üçün işverənin email ünvanını öyrənmək üçün




24saat.org@gmail.com elektron ünvanına VAKANSİYA ADINI yazıb yollayın.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button