2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kamala Harris Vyetnam rəsmiləri ilə insan haqları problemlərini müzakirə edib

ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə axşamı Hanoyda etdiyi açıqlamasında deyib ki, Vyetnam liderləri ilə strateji əlaqələri gücləndirmək məqsədi daşıyan görüşü zamanı insan haqları problemlərini gündəmə gətirib.

Harris siyasi dissidentlərin azad edilməsini xüsusi olaraq müzakirə etdiyini desə də, nəticələri açıqlamayıb. O, bu barədə yalnız ABŞ-da keçiriləcək mətbuat konfransında “insan haqları mövzusunda” suallara cavab verərkən danışaçağını bildirib.

Vyetnam söz azadlığını, mətbuat azadlığını məhdudlaşdırdığında və siyasi dissident hesab etdiyi şəxsləri sıxışdırdığına görə qlobal tənqid hədəfinə çevrilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Çətin mövzulardan çəkinməyəcəyik” – deyə, Harris bildirib.

Harris müxbirin ABŞ-ın insan haqlarını pozduğuna görə Çini tənqid etdiyi halda nəyə görə Vyetnamla daha möhkəm əlaqələr qurmaq istədiyinə dair sualına cavab verməyib.

Harris “Çox zaman müttəfiq ola biləcəyiniz insanlarla çətin söhbətlər aparmalı oluruq. Bizim Vyetnamla partnyorluq əlaqələrimiz var” deyib.

Vyetnam Harrisin Cənub-şərqi Asiyaya bir həftəlik səfərinin sonuncu dayanacağıdır. O daha öncə Çinin regiondakı nüfuzunun qarşısını almaq məqsədinə Sinqapurda yüksək vəzifəli rəsmilərlə görüşüb.

Harris ABŞ-ın kiber müdafiə əməkdaşlığı da daxil olmaqla Sinqapur və Vyetnamla bir sıra razılaşmaya imza atdığını deyib. O, ABŞ-ın bundan əvvəl Vyetnama göndərdiyi 5 milyon dozada peyvəndə cümə axşamı əlavə 1 milyon doza da göndərdiyini bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button