2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kamçatka balıqçılarına daha çox qazanc üçün Ukraynaya getmək təklif edildiyi bildirilir

Kamçatkada özünü hərbi komissarı kimi təqdim edən şəxs balıqçılıq zavodlarının işçilərini Ukraynada döyüşmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa təşviq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Sibir.Realii”-yə (“Sibir. Realii” AzadlıqRadiosunun bir layihəsidir) müəssisələrdən birinin işçiləri arasından mənbə bildirib. O, adının çəkilməməsi şərti ilə hərbi komissarın söhbətin videoyazısını redaksiyaya verib. Videodakı hərbi formada olan şəxs xidmət müddətinin “6 aydan yuxarı” olduğunu deyir.

“Bu il balıq ovu hamı üçün uğurlu olmayıb. Buna görə də 6 ay orduda xidmət etmək imkanı var, sonra da dərhal bura balıq tutmağa qayıdırsan. Hə, əlbəttə, əgər məsələni direktorla həll edə bilsən. Hansı üstünlükləri var? Birincisi-müqavilənin imzalanmasından dərhal sonra Kamçatkanın qubernatoru sizə 100 min rubl ödəyir. Müdafiə nazirliyi də sizə 50 min ödəyir” hərbi formada olan adam deyir.

“Sibir.Realii”-nin yazdığına görə, nəşrə danışanın dediyinə görə, müharibəyə aktiv şəkildə sövq edilənlər arasında Özbəkistan vətəndaşları da var. Müqavilə bağlayanlara yüksək məbləğdə müavinət, bütün ailə üçün məzuniyyətə gediş, xidməti mənzil vəd edilib, məhkumluğu olanlara isə amnistiya zəmanəti verilib. Müəssisənin işçiləri arasında bir neçə nəfər bu təkliflə maraqlanıb. Qeyd olunur ki, Komissarlığın nümayəndəsi bir gündə Kamçatkadakı digər zavodlara da baş çəkib. O, müqavilə imzalamaq və yarımadada qalmaq imkanlarından danışıb, lakin Ukrayna ərazisində xidmət etmək üçün daha çox qazana biləcəklərini vurğulayıb.

Nəşrin yazdığına görə, həmin şəxs balıqçılarla söhbətində Ukraynada döyüşməyin qiymətini də açıqlayıb.

“Ukrayna ilə bağlı sizə deyim. Qiymət belədir: burada xidmət etməklə əldə edəcəyiniz məbləğdən iki dəfə çoxdur (müqavilə bağlayaraq Kamçatkada xidmət etdikdə – Qeyd red.) – 100 min rubldan, üstəlik, ezamiyyətin hər gününə 56 dollar, üstəlik, hücum hərəkətləri aparılırsa – sizə hər gün 8 min rubl ödəniləcək, məsələn, “Bayraktarı” vursanız – pul mükafatı, hamısı ayrıdır. Orta aylıq qazanc 350-450 min rubl arasıdır. Xidmət müddəti – 3 ay. Bu günə qədər məndən 25 könüllü Ukraynaya gedib, beş nəfər yaralanıb, heç bir ölüm olmayıb”– hərbçi toplananları inandırmağa çalışır.

Özünü komissar kimi təqdim edən şəxs adamları xidmətə getməyə şəxsən təşviq etməsinin səbəbini bu yaxınlarda Kamçatkadan iki batalyonun döyüşə getməsilə əsaslandırır. Onun dediyinə batalyonlardan biri Suriyaya, digərisə Ukraynaya göndərilib, indi hərbi hissədə xidmət edəcək adam qalmayıb.

“Sibir.Realii” Kamçatka diyarının Yelizovo şəhəri, Yelizovski, Sobolevski və Ust-Bolşeretski rayonlarının hərbi komissarlığından dərhal şərh ala bilməyib. Açıq mənbələrə görə, komissar postunu Aleksandr Vaxonin adlı şəxs tutur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button