Now Reading:
Kamçatkada 7 Azərbaycan vətəndaşı saxlanıldı

Rusiyanın Kamçatka diyarının Yelizovo şəhərində məhkəmə Federal Təhlükəsizlik Xidmətinin (FTX) icazəsi olmadan Rusiyanın xüsusi ərazisində olmalarına görə Azərbaycan və Özbəkistanın 16 vətəndaşının inzibati qayda pozuntusunda günahkar bilinməsi ilə bağlı hökm çıxarıb.

“Report” xəbər verir ki, 9 Özbəkistan və 7 Azərbaycan vətəndaşı “Qrand de Lyuks” kadesində saxlanılıb.

Saxlanmaya əcnəbilərin FTX-nin verdiyi xüsusi sənədlə reqlamentləşdirilmiş giriş icazə olan ərazidə müvafiq sənədsiz olmaları səbəb olub.

Məhkəmədə əcnəbilər qohumlarını ziyarətə gəldiklərini və icazə sənədi almalı ilə bağlı xəbərsiz olduqlarını bildiriblər. Baxış zamanı saxlanılanların hamısında digər miqrasiya sənədlərinin qaydasında olduğu aydınlaşıb.

Məhkəmə onların hamısını inzibati qayda pozuntusunda günahkar bilib və cəza kimi onların hər birinə 2 min rubl (58 manat) məbləğində cərimə təyin edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.