2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kampaniya zamanı MHP-nin iki qütbü arasında dava olub

Türkiyədə referendum kampaniyası çərçivəsində keçirilən görüşlərin birində növbəti gərginlik yaşanıb.

MHP-dən ixrac edilən keçmiş millət vəkili Sinan Oğanın “ Hayırlı Anadolu yürüyüşü” proqramları çərçivəsində Yozqatda çıxış edəcəyi salon qarşısında dava düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Toplantıdan əvvəl burada toplanan bir qrup MHP-li gənclərlə Oğan tərəfdarları arasındakı qarşılıqlı səsləndirilən şüarlardan sonra qalmaqal yaranıb. Araya girən polis hər iki qrupu ayırmaq istəyib. MHP-li gənclərin çubuq və yumruq zərbələrinə məruz qalan 2 polis yaralanıb.

Toplantı salonunun qarşısında daha əvvəldən təhlükəsizlik tədbiri alan Çevik Qüvvətlərin müdaxiləsi nəticəsində davanın qarşısı alınıb.

Toplantıya Sinan Oğan Alparslan Türkeşin qızı Çağrı Türkeşlə bərabər gəlib.

 

azadliq.info

24saat.org

MƏNBƏ

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button