2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Kamran Ağayev Portuqaliya klubunda

Milli komandamızın və “Sumqayıt”ın üzvü Kamran Ağayev özünə yeni komanda tapıb. Futbol11.az xəbər verir ki, təcrübəli qolkiper karyerasını Portuqaliyada davam etdirəcək.

30 yaşlı əlcək sahibi “Boavişta” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, yeni komandasının heyətində ilk məşqinə çıxacaq. Kamran millimizin digər üzvü Emin Mahmudovun çıxış etdiyi kluba azad futbolçu kimi keçib.
Qeyd edək ki, bu transfer sayəsində Portuqaliyada top ovacaq futbolçularımızın sayı üçə çatıb. Bundan əvvəl Budaq Nəsirov “Sportinq”lə, Emin Mahmudov isə “Boavişta” ilə anlaşmışdı.
Onu da əlavə edək ki, Kamran mövsümün əvvəlində “Sumqayıt”la 1 illik müqavilə imzalamışdı. Müqavilənin şərtlərində görə, əlcək sahibi xarici klubdan təklif alacağı təqdirdə azad futbolçu olacaqdı.

Kamran Ağayev Portuqaliya klubunda!

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button