2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Kanada da Kiyevdəki səfirlik əməkdaşlarını azaldır

Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.

Saytların yığılması Saytlarin yigilmasi

Kanada Ukraynadakı hərbi qüvvələrini qərbə yönəldəcəyini, Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını isə müvəqqəti çıxaracağını bildirib. Daha öncə digər Qərb ölkələri Ukrayna ilə Rusiya arasında artan gərginlik fonunda ehtiyat tədbirlərinə əl atıb.

“Kanada Silahlı Qüvvələrinin təhlükəsizliyi üçün gərəkən bütün ehtiyat tədbirləri görəcəyik”, – Müdafiə naziri Anita Anand yanvarın 30-da Kiyevdə mətbuat konfransında deyib.

O, Kanada qüvvələrinin Ukraynanın mərkəzindən keçən “Dnepr çayının qərbinə doğru” yerdəyişmə etdiyini açıqlayıb.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına 100 mindən çox əsgər yığıb. 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etmiş Rusiya ölkənin şərqindəki separatçıları dəstəkləyir.

Səfirlik tədbirləri

Birləşmiş Ştatlar Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın Ukraynaya yeni hərbi hücuma hazırlaşmasından ehtiyatlanır. Moskva isə Ukraynanı işğal planı olmadığını bildirir.

Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.

Xarici İşlər Nazirliyi isə Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını və diplomatların qohumlarını müvəqqəti çıxaracağını bəyan edib. Səfirlik açıq qalacaq.

“Vəziyyəti yaxından monitorinq etməklə yanaşı, kanadalıların təhlükəsizliyi əsas prioritetimiz sayırıq”, – nazirlik bildirib.

Kanada ötən həftə bildirmişdi ki, səfirliyin işinin gücləndirilməsi üçün təhlükəsizlik, konfliktin idarəedilməsi, demokratik islahat və konsulluq xidmətləri sahəsində ekspertlər göndərəcək.

Ötən həftə Birləşmiş Ştatlar, Britaniya, Avstraliya və Almaniya Kiyevdəki diplomatlarının bəzilərini, eləcə də ailə üzvlərini çıxarmaq qərarı veriblər.

NATO Ukraynaya döyüş qüvvələri göndərməyəcək

Rusiya Ukraynanı işğal edərsə, NATO bu ölkəyə döyüş qüvvələri göndərməyəcək. Bunu hərbi alyansın Baş katibi Yens Stoltenberq yanvarın 30-da BBC-yə müsahibəsində deyib.

“NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planları yoxdur… biz dəstək verməyə fokuslanırıq. NATO üzvü ilə Ukrayna kimi güclü və yüksək dəyər verilən tərəfdaş arasında fərq var”, – Stoltenberq vurğulayıb.

Moskva Vaşinqton və NATO ilə son danışıqlarda Ukrayna və digər post sövt ölkələrinin alyansa qəbul edilməyəcəyinə qarantiya istəyib. Ukrayna NATO-ya üzv olmaq istəyir, amma ona Üzvlük Fəaliyyət Planı təqdim olunmayıb. Həmin planda üzvlük üçün yol xəritəsi göstərilir.

Ancaq NATO “açıq qapı” siyasətinin danışıqlara açıq olmadığını bildirir. Vaşinqtonun mövqeyincə, suveren ölkələrin öz hərbi alyanslarını seçmək hüquqları var.

NATO indiyədək bəyan edib ki, Rusiya Ukraynanı işğal edərsə, Şərqi Avropadakı üzvlərinin ərazisində qüvvə sayını artırmağa hazırdır. Alyansın bir sıra üzvləri Kiyevə hərbi avadanlıq, o cümlədən öldürücü silahlar göndərib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button