2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

'Kanal 13' televiziyasının rəhbərinə xəbərdarlıq edilib

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova Baş Prokurorluqdan xəbərdarlıq verilib. Bu barədə Ə.Orucov özü məlumat verib. Onun sözlərinə görə, dünən, sentyabrın 22-də Baş Prokurorluğa dəvət olunub: “”Kanal 13″ün fəaliyyətinə görə dəvət olunmuşam. Orada izahat vermişəm. Arqumentli və əsaslı şəkildə əsaslandırmışam ki, gördüyümüz iş cəmiyyətin informasiya ilə təmin olunmasına xidmət edir və işimizin başqa bir məqsədi yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Orucov deyir ki, buna baxmayaraq, ona xəbərdarlıq edilib: “Mənə bildirilib ki, “Kanal 13″də olan fəaliyyət ölkə mənafeyinə zərər vurur. Mən xəbərdarlığı imzalamaqdan imtina etdim”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Turan”a Ə.Orucovun dediklərini təsdiqləyiblər.

Qurumdan bildirilib ki, “Kanal 13” adlı YouTube kanalının təsisçisi Ə.Orucova xəbərdarlıq verilib: “”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında qanunların tələbləri pozularaq “Kanal 13″ kanalında sentyabrın 13-də Azərbaycan ordusunun işgüzar nüfuzuna xələl gətirən, dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib”.

Açıqlamaya görə, xəbərdarlıqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Ə.Orucov 2017-ci il mayın 2-də həbs edilmişdi. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib.

Həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti qeydiyyatsız qrant vəsaitlərindən qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il azadlıqdan məhrum edib. O, ittihamı qəbul etməyib.

2018-ci ilin aprelində Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Məhkəmə jurnalist barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edərək onu azadlığa buraxıb. Cəzası isə 6 ildən 3 ilə endirilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button