2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Kanal-13”ün icraçı direktoru da “cərimə batalyonu”na köçürüldü

“Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov14 saylı cəzaçəkməəssisəsinə köçürülüb. Bu haqda “Azadliq.info”ya jurnalistin yaxınları məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

14 saylı cəzaçəkməəssisəsi pis şəraitinə görə daim yerli və beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunur. Azərbaycan hakimiyyəti də adətən siyasi sifarişlə həbs etdirdiyi şəxsləri əlavə cəza olaraq, bu və buna bənzər ağır şəraiti olan müəssisələrə köçürürür. Hətta bu müəssisəni “cərimə batalyonu” adlandırırlar.

13 saylı cəzaçəkməəssisəsi Qızıldaş qəsəbəsində daş karxanalarının yaxınlığında yerləşir. Xüsusən yay aylarında toza görə orada nəfəs almaq çətinləşir, üstəlik, su problemi olur.

Hazırda siyasi məhbuslardan tanınmış blogger Mehman Hüseynov da orada saxlanılır.

Xatırladaq ki, Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Ona əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. Bu həbs müddəti bitdiyi gün isə onun barəsində cinayət işi başlanıb. Jurnalistə qarşı CM-nin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Əziz Orucov qardaşı Anar Orucovun rəhbərlik etdiyi “Qafqaz Media Araşdırmalar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi qrant layihələrinə görə ittiham edilib. İddia olunur ki, həmin layihələr Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

Əziz Orucov günahhsız olduğunu, həmin təşkilata heç bir aidiyyəti olmadığını bildirir.

Anar Orucov bir neçə ildir ki, Almaniyada mühacirətdədir. Əzizin də qardaşının Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi tənqidlərə, onun hökumətin addımlarına etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə cəzalandırıldığı bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucova 6 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button