Now Reading:
''Kanal 13''ün rəhbəri 30 sutka azadlıqdan məhrum edildi

''Kanal 13''ün rəhbəri 30 sutka azadlıqdan məhrum edildi

Əziz Qaraşoğlunu polisə müqavimət göstərməkdə suçlayırlar

Mayın 2-də səhər saatlarında “Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlu saxlanılıb.

Məlumatı televiziyasının əməkdaşlarından Teymur Kərim “Facebook” səhifəsində yayıb. 

O, Əziz Qaraşoğlunun Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını deyib:

“Əziz Qaraşoğlu ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Qaraşoğlu isə Nəsimi rayon Məhkəməsinə aparılıb”.

Məhkəmədən Meydan TV-yə məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, Əziz Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunub.

“Onu polisə müqavimət göstərməkdə suçlayırlar. Guya Əziz Qaraşoğlu 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparılıb. Ancaq həmin şəxsin şəklini bizə göstərdilər, o heç də Əziz Qaraşoğluna oxşamırdı. Bu da onu göstərir ki, iş quramadır. Biz apellyasiya şikayətimizdə bütün bunları qeyd edəcəyik”.

Vəkil Əziz Qaraşoğlunun özünü təqsirli saymadığını söyləyib:

“Əsas məqsəd Faiq Cabbarovun adından istifadə edib onu saxlamaq idi. Çünki əks halda, məlum olanda ki, bu jurnalist axtarışda olan şəxs deyil, o gərək sərbəst buraxa idilər. Bu olay ifadə azadlığına basqıdır.”

“Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.