Now Reading:
“Kanal 13”ün direktorunun apellyasiya şikayəti təmin edilmədi

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bizim Yol xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.
Əziz Orucov qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində Ə.Orucov barəsində bəraət hökmünün çıxarılmasını istənilirdi.

Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.

İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham verilib. O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib, barəsind həbs-qətimkan tədbiri seçilib.
Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanan Ə.Orucov ittihamları qəbul etməyib və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib.

«Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.