Vakansiya 2021
Kapital Bank Son müraciət:23.10.2021 Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis
Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə biznesə dəstək departamentinin Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Daxil olmuş şikayətləri, sorğuların və müraciətlərin araşdırılması, onların həlli üçün bankın adiyyəti struktur bölmələrinə yönəldib, statuslara nəzarət etmək və həmin müraciətlərin müvafiq təyin edilmiş müddətdə cavablandırılmasını təmin etmək.
- Bankın məhsulları üzrə daxil olmuş şikayətlərin həlli istiqamətində təkliflər vermək.
- Daxil olan şikayətləri qruplaşdıraraq müxtəlif yönümlü statistik hesabatlar hazırlamaq.
Tələblər
- Bank sahəsində minimum 2 il təcrübə
- Müştəri ilə iş təcrübəsi minimum 1 il
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi arzuolunandır;
- Komanda tərkibində işləmə qabliyyəti
- Yüksək ünsiyyətqurma bacarıqları;
- Stressə davamlılıq və məsuliyyətllik;
- İşgüzar ünsiyyət və təhlil etmə bacarığı
- Qərar vermə bacarıqları
- Müştəriyə yönümlü olmaq
- Analitik düşünmə bacarığı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.