2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“Vurulan” “Kapriz” Oktay Əsədov və ailəsinə məxsus deyil – FAKT

Striptiz klubla hamam səhv salınarsa…

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun ailə üzvlərinin adına Moskvada obyekt olması barədə məlumat yayılıb.

 

Az24saat.org xəbər verir ki, Azadliq.info saytının yaydığı məlumatda “Kapriz” adlı obyektin Moskvanın Bakı küçəsi 29 ünvanında yerləşdiyi bildirilir. Həmçinin qeyd edilir ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubda reyd keçirib. Obyektlə bağlı yazıya əlavə edilən sənəddə obyektin sahibi və qeydiyyat tarixçəsi haqqında bilgilər də yer alır:

Saytların yığılması Saytlarin yigilmasi

“Sənədlərdən görünür ki, bu “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. Arizarum Qrup MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.

(https://zachestnyibiznes.ru/company/ul/1027700482259_7705176856_OOO-ARIZARUM-GRUPP)
(https://sbis.ru/contragents/7705176856/772401001)

“Kapriz” striptiz klubunun real bazar dəyəri isə yuxarıdakı sənəddən də gördüyünüz kimi, 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu ilə qiymətləndirilir” – ” – deyə “Azadlıq”ın yazısında qeyd edilir.

Az24saat.org məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Moskva şəhəri Bakı küçəsi 29 ünvanında “Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir.

Yazıda adıkeçən “Kapriz” klubu isə şəhərin tamamilə başqa istiqamətində yerləşən qadınlar üçün striptiz-klubdur

Polisin narkotiklə bağlı əməliyyatı da Oktay Əsədovun xanımına aid olduğu iddia olunan obyektə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib. 

Xərtə
"Kapriz" sauna
Kapriz

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button