2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Karantin postunu dağıdıb keçən şəxs Milli Məclisdəki vəzifəsindən çıxarıldı

Karantin qurğularını qıran “tikinti kralı”nın oğlu Milli Məclisdə işləyirmiş

Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o, “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button