2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Karantin rejimi ilə bağlı qərar: Nələr dəyişdi

Azərbaycanda karantin rejimi yumşaldılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qeyd edək ki, yeni qaydalara uyğun olaraq indiyə kimi qüvvədə olan bir çox məhdudiyyətlər aradan qaldırılıb:

Saytların yığılması Saytlarin yigilmasi
  1. Şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti aradan qaldırılır.
  2. Azərbaycanda dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə verilir.
  3. 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti ləğv edilir.
  4. Restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır.

Qərara əsasən, ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət ləğv edilir.

  1. Azərbaycanda bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə icazə verilir.
  2. Mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.
  3. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə verilib.
  4. Dini ibadət yerlərində say məhdudiyyəti ləğv edilir.

Qərara əsasən, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti aradan qaldırılır.

  1. Azərbaycanda sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişə icazə verilir.
  2. Azərbaycanda masaj xidmətlərinin göstərilməsinə icazə verilir.
  3. Dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə veriləcək.

Qərara əsasən, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə veriləcək.

12. İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.

Eyni zamanda, arantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvədə saxlanılır.

Qərara əsasən, qapalı məkanlara girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və digər məhdudiyyətlər qüvvədə saxlanılır.

Qərar martın 6-dan qüvvəyə minəcək.

24 saat” “Karantin rejimi ilə bağlı qərar: Nələr dəyişdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button