2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Karantin yenidən daha da sərtləşdirilə bilərmi?


Nazirlər Kabineti Azərbaycanda karantin qaydalarını yenidən sərtləşdirməyə başlasa da, koronavirusa yoluxma sayı artmaqdadır.

Hələ gündəlik yoluxma sayı 600 olanda rəsmilər xəstəxanalarda yerin məhdudlaşdığını deyirdilər. Son bir neçə gündə isə yoluxma sayı 1400-ü ötüb. Belə olanda “vəziyyət necə qiymətləndirilir”, “hansı addımların atılacağı təklif olunur” kimi sualllar aktuallaşır.

Hələlik, bu suallara Nazirlər Kabineti, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmsilçilərindən cavab almaq mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Hikmət Babaoğlu xatırladıb ki, payız aylarında, qrip mövsümündə COVİD-19 infeksiyasının yayılmasının sürətlənəcəyi əvvəlcədən xəbərdarlıq edilmişdi:

“ Doğrudan da proqnozlar özünü doğrultdu, bütün dünyada olduğu kimi Azərbaycanda da infeksiyaya yoluxanların sayı hər gün artır.”

Hikmət Babaoğlu hesab edir ki, hazırda kiminsə yeni koronovirusa mübarizə aparmaqla bağlı maariflənməsinə ehtiyacı olduğunu düşünmək düzgün olmaz:

“Azərbaycanda fevral ayında ilk COVİD-19 xəstələri qeydə alındı, o vaxta qədər bütün platformalarda, informasiya resurslarında koronavirusa qarşı mübarizənin ən müxtəlif və effektiv formaları təbliğ olundu. Hamının bildiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)təklif etdiyi 3 qayda var: gigiyenik qaydalara riayət etmək, maska taxmaq və sosial məsafə saxlamaq. Ona görə də Azərbaycanda kimsə vətəndaş məsuliyyətindən yaxasını qurtarmaq üçün desə ki, xəbəri yox idi, məlumatsız olub, bu, doğru deyil”

“Bunlar xalqımız və cəmiyyətimizin üçün lazımdır ”

Deputat hesab edir ki, infeksiyaya yoluxma sayı yüksək olduğundan insanlar vətəndaş məsuliyyətini hiss etməlidirlər:

“ Xüsusən yaşadığımız tarixi günlərdə ( Azərbycanın işğal altında olan ərazilərinin bir hissəsin geri qaytarmasını nəzərdə tutur.Sentyabrın 27 -də Dağlıq Qarabağ və ətraf bölgələrdə döyüşlər başlayıb) vətəndaş məsuliyyətimizi iki qat dərk etməliyik. Paralel olaraq Operativ qərargahın tələblərinə riayət etməli, ÜST-nin qoyduğu qaydaları əsas götürməli və özümüzün sosial davranış azadlıqlarımıza məıhdudiyyət tətbiq etməliyik. Çünki bunlar xalqımız və cəmiyyətimizin üçün lazımdır”.

Hikmət Babaoğlu xəstəxanaların durumuyla bağlı suala belə cavab verib:

“Biz Azərbaycanın pandemiya dövründə ən nümunəvi və preventiv tədbirlər görən ölkələrdən biri olduğunu bilirik. Ona qədər və ya 10-dan çox modul tipli xəstəxanalar yaradılıb, bir sıra xəstəxanalar yenidən ixtisaslaşdırılaraq COVİD-19 xəstələri üçün ayrılıb. Bəli, kifayət qədər yer var, amma əlbəttə ki, bu, sonsuz deyil. Koronavirusa qarşı mübarizədə vətəndaşlar özləri üçün məqbul şərtlər formalaşdırmasalar, yoluxma sayı artar və xoş olmayan nəticələr yaranar”.

“Məntiq yenidən sərtləşdirmə tədbirlərinə ehtiyacın olduğunu deyir ”

Deputatın sözlərinə görə, məntiq yenidən sərtləşdirmə tədbirlərinə ehtiyacın olduğunu deyir:

“Çünki hər bir vətəndaş buna ehtiyacın olduğunu hiss edir. Əgər sətləşdirmə istəmiriksə, qaydalara riayət etməliyik. İki yolumuz var: ya yenidən inzibati sərtləşdirmə tətbiq olunmalı, yaxud özümüzü sosial izolyasiya etməklə, lazımi qaydalara riayət etməklə vəziyyətdən çxıaq. Düşünürəm ki, ikinci variant daha doğrudur, problemin daha da böyüməsinə yol verməmək üçün bir qədər məsuliyyətli olaq”.

Professor Adil Qeybulla isə Azadlıq Radiosuna açıqlamasında xəstəxanaların tutumunun xeyli yüksək olduğunu vurğulayaq əlavə edib ki, yoluxmanın artması xəstəliyin ikinci mərhələsi kimi qeydə alınır:

“Bütün dünyada artım tendensiyası var”

“Nəzərə alın ki, bütün dünyada artım tendensiyası var. Sadəcə, bizdə mümkün qədər bunun lokallaşdırılması zərurəti var.”

O, hesab edir ki, koronavirusun cəhbəyə yönəlməməsinə imkan vermək olmaz:

“ Ona görə də karantin davranışları çox sərt olmalıdır. Yəni qapalı, sıx yerlərdə insanların məsafə göstərməsi, maska geyinməsi və əllərin dezinfeksiya etməsi çox vacibdir”.

Adil Qeybulla təəssüflənir ki, əhalinin böyük qisminin karantin davranışlarıyla bağlı təsəvvürləri çox yanlışdır:

“Görürsən ki, COVİD-19 infeksiyasına yoluxub, amma maska taxmır, izah edirsən ki, belə olmaz, amma dinləmir. Ona görə də maarifləndirmə işi çox intensiv və güclü aparılmalıdır”.

Professoryenidən sərtləşdirmə qaydalarının tətbiqi barədə suala belə cavab verib:

“Operativ qərargah məhdudlaşdırıcə tətbirlər görüb, məktəblər və metro fəaliyyətini dayanıb. Metronun dayanması da ictimai nəqliyyata ağır yük düşürür, bu yöndə vəziyyət ürəkaçan deyil. Hər halda bəzi tətbirlər də görülə bilər, amma bu, situasiyadan asılıdır. Güman ki, müzakirələr aparılır”.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24 -dən karantin rejimi tədbiq edilib.Bir ara rejim yumşaldılsa da, yenidən tədbirlərin sərtləşdirilməsinə başlanıb.Ölkənin bəzi bölgələrində isə karantin xususi olaraq sərtləşdirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan da 824 nəfərin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button