24saat.org Karim İfrak:"2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Karim İfrak:”2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür”

Karim İfrak:”2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür”

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür. Eyni zamanda, böyük ambisiya və bütün İslam ölkələri üçün məmnuniyyət doğurur. Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək. Azərbaycanın ev sahibliyi ilə İslam idmanı yenidən dirçələcək və beynəlxalq səviyyəli xarakter alacaq.

Bu sözləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin islamoloqu Karim İfrak söyləyib.

Karim İfrak bildirib ki, adətən müsəlman dünyasının daha çox mədəniyyət aspektlərinə toxunulur və ondan danışılır, ancaq idman yada düşmür. Azərbaycan məhz bu təşəbbüsü ilə İslam dünyasının idman aspektinin bütün dünyada tanınmasına çalışır.

O qeyd edib ki, Azərbaycanı əvvəlcə İslam və İslam sivilizasiyası üzrə elmi tədqiqatları zamanı tanıyıb. Karim İfrak Parisdəki Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi vasitəsilə ölkəmizlə, onun mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanıb.

İslamoloq Azərbaycan mədəniyyətinin çox qədim və zəngin olduğunu bildirib.  (Azərtac)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.