2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Karlar Cəmiyyətinin sədr müavini şərti cəza alıb

Məhkəmə Musa Tukanovu qismən təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsi Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanovu şərti cəzalandıraraq, iyunun 7-də həbsdən azad edib.

Bu haqda “Turan” agentliyinə onun oğlu Akif Tukanov məlumat verib.

Mayın 16-da keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış etmişdi. İrəli sürülən ittihamların məhkəmə istintaqı zamanı təsdiqini tapdığını bildirən ittihamçı M.Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq onun vəkili ittihamın rədd edilməsini, M.Tukanovun azadlığa buraxılmasını istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası M.Tukanovu ittihamlar üzrə qismən təqsirli bilib, ona şərti cəza verilməsinə hökm edib.

M.Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) parçalanmadan sonra tərəflərindən birinin rəhbəridir. Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. M.Tukanovun rəhbərlik etdiyi tərəf partiya kimi dövlət qeydiyyatından keçməyib.

O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button