2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Karxananın fəaliyyətinə etiraz edən təngivanlıların saxlanıldığı bildirilir

Yayımlandı: 28 Fevral 2023 18:03

Sakinlər aksiya keçirdikləri üçün təzyiqə məruz qaldıqlarını deyirlər

Lənkəranın Təngivan kəndinin bir neçə sakini saxlanılıb. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, buna səbəb həmin ərazidə fəaliyyət göstərən karxananın ekologiyaya və təsərrüfata vurduğu ziyana görə etiraz etmələridir.

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlər deyirlər ki, 2014-cü ildən ərazidə fəaliyyət göstərən “PROFCO” MMC 40 hektardan çox çay sahilində torpağı 10 metrdən dərinliyində qazıb və daşıyıb. Əhalinin örüş sahələrinin çoxu qazılıb, yollar dağıdılıb.  Onlar isə ayda bir neçə dəfə bununla bağlı etiraz aksiyası keçiriblər.

Sakinlər bildirir ki, bu etirazlara görə onlar dəfələrlə Lənkəran Rayonu Polis Şöbəsinə çağrılıblar. Onlardan etiraz aksiyalarını dayandırmaqları tələb edilib. Əks halda polisin kəndə müdaxilə edəcəyi ilə bağlı təhdid olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev faktı təsdiqləyib.

Bildirilib ki, fevralın 28-də 4 nəfərin taxta, daş və benzin götürərək həmin kəndin ərazisində yerləşən, qanunla fəaliyyət göstərən şirkətin mühafizə olunan ərazisinə daxil olması, müəssisənin fəaliyyəti ilə bağlı iradlar bildirərək iş fəaliyyətini pozması, orada olan şəxslərə xəsarət yetirməsi və özləri ilə gətirdikləri benzini onların üzərinə səpdikləri ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub.

“Qeyd olunan faktla bağlı həmin ünvana gələn Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanı pozan şəxslərin hərəkətlərinin qarşısı alınıb və həmin əməli törədən Ə.Məmmədov və Z.Əliyev polis şöbəsinə gətiriliblər”, – məlumatda deyilir.

Hüquq pozuntusu ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button