2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Karyera və övlad arasında qalan qadınlar – Qərb mediası

8 mart – Beynəlxalq Qadınlar Günündə Qərb mediası qadınların pandemiya dövründə üzləşdiyi çətinliklərdən söz açır. “The Financial Times” qəzetində Valentina Romei yazır ki, son bir ilin koronavirus pandemiyası qadınları karyera və övladları arasında çabalamağa vadar edib.

Qəzet oxucuları arasında rəy sorğusu keçirib. Hər 5 işləyən qadından 2-si karyerasında geri addım atdığını, yaxud bu barədə düşündüyünü deyib.

Saytların yığılması Saytlarin yigilmasi

400-ə yaxın respondent içində iş yükünü azaltmağı düşünən kişilərin sayı qadınlardan 10 faiz azdır.

Qəzet yazır ki, məktəblərin bağlanmasının, pandemiyanın səbəb olduğu digər qadağaların qadınlara daha çox təsir göstərdiyi üzə çıxır. Üstəlik, pandemiya bitəndən sonra da gender bərabərsizliyi güclənə bilər.

Covid-19-un pik dövründə dünyada məktəblilərin 90 faizi lokdaun şəraitində yaşayıb. İlin əksər hissəsini onların qayğısını evdə valideynləri çəkib, BMT bildirir.

Beynəlxalq Valyuta Fondunun iqtisadçısı Françeska Kaselli xəbərdarlıq edir ki, “qadınların evdə övladlarının qayğısına qalmalı olması onların iş imkanlarına zərbə vurur, gender bərabərsizliyi dərinləşir”.

Qadınların qorxusu

Böyük Britaniyada isə qadınların yarıdan çoxu inanır ki, işdə, evdə və cəmiyyətdə qadın bərabərliyi 1970-ci illərin səviyyəsinə qayıda bilər. Qadınlar “ümidsizlik içində kömək istəyirlər”, “The Guardian” Mumsnet valideynlər üçün vebsaytın keçirdiyi rəy sorğusuna istinadla yazır.

Bir ildir qadınlar işdən məzuniyyətə buraxılır, işlərini itirir, həm evdə uşaqların dərs yükünü, həm də ev işlərinin ağırlığını çəkir. Onlar eyni zamanda öz gələcəkləri üçün qorxurlar.

Artıq İngiltərədə uşaqlar məktəbə qayıdır. Rəy sorğusuna görə, qadınların 70 faizi kişi partnyorları ilə birlikdə uşaqların evdəki təhsili ilə məşğul olublar.

Qadınların 75 faizi deyib ki, partnyorları lokdaun vaxtı evdən daha asan şəkildə fasiləsiz işləyiblər. Muzdlu işdə çalışan hər 5 qadından biri isə iş saatlarını azaltmağa məcbur olduğunu söyləyiblər. Onlar bunun əvəzində uşaqlarına baxıblar. Respondentlərin üçdə birindən də çoxunun deməsinə görə, onların karyerası ziyan görüb, amma parnorlarınkı yox.

Belə qalsınmı?

“The Financial Times” başqa bir məqaləsində iş dünyasının dəyişən qaydalarının qadınlar üçün yaxşı olub-olmadığını araşdırır.

Britaniyada mənzillənən “İşləyən Ailələr” təşkilatının başçısı Ceyn van Zil deyir ki, menecerlər işçilərin ehtiyaclarına uyğun çevik qrafiklər, iş bölgüsü, məsafədən iş rejimi tətbiq ediblər. “Himayəçilik öhdəliyi olanlar üçün bu, həqiqətən yaxşıdır. Rəyini soruşduğumuz hər 10 nəfərdən 9-u pandemiyadan sonra da çevik iş rejiminin qalmasını istərdi”, – o vurğulayıb.

Bəzi işəgötürənlər analıq məzuniyyətində olanlarla asanlıqla əlaqə yarada biliblər ki, bu tendensiyasının da qalıcı olması arzuediləndir.

Amma qəzet yazır ki, pandemiya heç də məsafədən iş utopiyasından soraq vermir. Himayəçilik öhdəliyi olanlar həm də işlərini itirmək, müvəqqəti məzuniyyətə göndərilmə riskilə üzləşiblər. “İşləyən Ailələr” bildirir ki, son bir ildə qaynar xəttinə şikayətlərin 85 faizi qadınlardan gəlib, onların 60 faizi isə azgəlirli ailələrdən olub.

24 saat” “Karyera və övlad arasında qalan qadınlar – Qərb mediası” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button