2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kaspşik: "Müxtəlif ölkələrin siyasi liderləri Minsk qrupunun fəaliyyətini dəstəkləyir"

Müxtəlif ölkələrin yüksək vəzifəli siyasi liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik “Azernews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafının bütün detalları barədə daim xəbərdardırlar və bu məsələ ilə gündəlik məşğul olurlar: “ATƏT sədrliyi münaqişəyə daim diqqət yetirir, həmçinin münaqişə ətrafında hadisələrin inkişafından xəbərdardır. ATƏT-in hazırkı sədri, nazir Frank-Valter Ştaynmayer regiona səfər edib və səfərin gündəliyində, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli problemi olub”.

A.Kaspşik həmçinin əlavə edib ki, Qarabağ münaqişəsinin həlli bir çox beynəlxalq tədbirlər zamanı da müzakirə mövzusudur.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT-in müşahidələrindən alınan məlumata istinad edərək A.Kaspşik bildirib ki, 2016-cı il mayın sonundan Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca vəziyyət nisbətən sabit idi, hərçənd atəşkəs rejiminin pozulması və itkilər barədə yenə də xəbərlər verilirdi: “Hər bir bədbəxt hadisə faciədir, mərhumun ailəsi və dostları üçün qəm-kədər doğurur. Mən bu acıları bölüşürəm. Vurğulamaq istərdim ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlər hər hansı sülhməramlı akt və araşdırması deyil, monitorinqlər yalnız işlərin ümumi vəziyyəti barədə məlumat verir. Biz onları davam etdirəcəyik”.

Onun sözlərinə görə, bu monitorinqlər yerlərdəki mənzərə haqqında təsəvvür yaradır.

A.Kaspşik qeyd edib ki, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi onun mandatına və Kaspşikin ofisinin fəaliyyətinə toxunmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button