2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kataloniya yenidən diqqət mərkəzində

Kataloniyada deputatlığa namizədlər seçki yarışının son günündən tərəddüd keçirən seçiciləri öz tərəflərinə çəkmək üçün istifadə edirlər.

AzərTAc xəbər verir ki, tərəddüd edənlər elektoratın 20 faizini təşkil edir.

Muxtar regionun parlamentinə növbədənkənar seçkilər dekabrın 21-də keçiriləcək. Regionun İspaniyadan müstəqilliyinin tərəfdarları və əleyhdarları demək olar ki, eyni sayda tərəfdarlara malikdir və son anadək hər səs üçün mübarizə aparırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Seçki yarışının favoriti sayılan “Vətəndaşlar” partiyasının başçısı İnes Arrimadas Karles Puçdemonun yerini tutmaqda qərarlıdır. “Mən, harada yaşamasından, nəyə inanmasından və nə haqda düşünməsindən asılı olmayaraq bütün kataloniyalıların prezidenti olmaq istəyirəm. Çünki indiyə qədər bizdə bütün kataloniyalıların prezidenti olmayıb, yalnız müstəqillik tərəfdarlarının prezidenti olub”, – deyə Arrimadas bildirib. Onun fikrincə, məhz dialoqun olmaması faktı bir çox kataloniyalıya İspaniyadan ayrılmaq ideyası aşılayıb.

Jeneralitetin sabiq başçısı isə seçkiqabağı kampaniyaya Belçikadan rəhbərlik edir. Kataloniyada onu həbs gözləyir. Karles Puçdemon yalnız seçkilərdə qalib gələcəyi təqdirdə Barselonaya qayıtmaq fikrindədir. “Əgər mən yenidən prezident seçilsəm, konstitusiyanın 155-ci maddəsi ilə istefaya göndərilən bizim bütün qanuni hökumət üzvlərinin müşayiəti ilə Jeneralitet sarayına daxil olacağam”, – deyə Puçdemon bildirib.

O, regional seçkilərdə iştirak etmək üçün yeni hərəkat yaradıb və “Birlikdə Kataloniya uğrunda” partiyasından namizədliyini irəli sürüb.

Analitiklərin fikrincə isə, Kataloniya hökumətinin sabiq başçısı və əksəriyyəti dəmir barmaqlıqlar arxasında olan silahdaşlarının seçkilərdə uğur qazanmaq şansı çox azdır – səhnəyə yeni liderlər çıxıb.

Həbsdə olan Ureol Junkerasın başçılıq etdiyi “Sol Respublikaçılar” partiyasını seçkilərə Kataloniyanın “dəmir ledisi” sayılan Marta Rovira aparır.

İspaniyanın hakim Xalq Partiyasının Kataloniya qanadı populyar deyil, lakin Madriddən ayrılma əleyhdarlarının qələbə qazandığı təqdirdə mühafizəkarlar “Vətəndaşlar” partiyası və Migel İsetanın başçılıq etdiyi sosialistlərlə koalisiyaya daxil ola bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button