2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Kataloniyanın separatçı lideri sərbəst buraxıldı

Kataloniyanın mühacirətdə yaşayan separatçı lideri Karlos Puçdemon İtaliyanın Sardinya adasında məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

O sentyabrın 24-da, bundan əvvəl elə Sardiniyada İspaniyanın orderi ilə həbs edilmişdi.

Puçdemon 4 il bundan əvvəl Kataloniyada keçirilmiş müstəqillik referendumundan sonra ölkədən qaçıb.

Saytların yığılması Saytlarin yigilmasi

Madrid həmin referendumun qanunsuz olduğunu bildirir.

Puçdemonun vəkili demişdi ki, o çevrilişə cəhd ittihamı ilə İspaniyaya ekstradisiya olunmaq təhlükəsi ilə üzləşib.

Lakin sentyabrın 24-da Sardiniyanın apellyasiya hakimi, hökumət orqanlarının Avropa həbs orderi, habelə Puçdemonun Avropa Parlamentinin üzvü kimi mümkün toxunulmazlığı məsələlərini öyrənməsinədək onun azadlığa buraxılması barədə hökm çıxarıb.

Puçdemonun vəkili Aqostiangelo Marras bundan əvvəlki bəyanatına düzəliş edərək bildirib ki, 58 yaşlı Puçdemon İtaliyanı tərk edə bilər, lakin oktyabrın 4-də onun ekstradisiyasına baxacaq məhkəmə dinləməsinə gəlməlidir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Kataloniyanın mühacirətdə yaşayan separatçı lideri Karlos Puçdemon İspaniyanın həbs orderi əsasında İtaliyanın Sardiniya saxlanıb.

Puçdemon Madridin qanunsuz hesab etdiyi müstəqillik referendumundan sonra dörd ildir İspaniyadan kənarda yaşayır.

Bu gün məhkəmə qarşısına çıxarılacaq

Vəkili Puçdemonun sentyabrın 24-də məhkəmə qarşısına çıxarılacağını deyib. O, separatçılıq ittihamları ilə İspaniyaya ekstradisiya oluna bilər.

Kataloniyanın keçmiş rezidenti, İspaniyanın ən zənginlərindən olan Puçdemon 2017-ci il referendumundan sonra ölkədən qaçıb.

O, hazırda Belçikada yaşayır, Avropa Parlamentinin üzvüdür.

Puçdemon 2019-cu ildə parlamentə seçiləndə toxunulmazlığı vardı, martda ondan məhrum edildi.

2017-ci ildə Kataloniyanın regional parlamentinin ölkədən müstəqillik elan etməsi İspaniyada siyasi böhrana səbəb olub. Madrid region üzərində birbaşa idarəçilik təsis etməli olub.

Folklor festivalına gedibmiş

Puçdemonun ofisi onun sentyabrın 24-də İtaliya sərhədçiləri tərəfindən Alghero aeroportunda saxlandığını bildirib.

Vəkili onun Kataloniya folklor festivalına getdiyini deyib.

Kataloniya Prezidenti, separatçı Pere Araqones Puçdemonun “təqibi və hüquqi repressiya”sını pisləyib.

İspaniya hökuməti Puçdemonun həbsinin “məhkəmə qarşısında cavab verməli olan istənilən AB vətəndaşına şamil edilən hüquqi prosedura uyğun olduğunu” bəyan edib

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button