Loading...
Loading...
Dünya

Katerina Yuşşenko: “Putin Ukraynada qələbə çalsa bununla kifayətlənməyəcək”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə qələbə çalsa bununla kifayətlənməyəcək və davam edəcək”

az24saat.org xəbər verir ki, bunu Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Qlobal Bakı Forumunda bildirib.

O, Ukraynanın qələbə qazanacağını, lakin dayanıqlı sülhün əldə olunmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə atəşkəs barədə razılığa gəlmək olar, amma sülh əldə etmək çətin olacaq.

Ukraynanın sabiq Prezidentinin həyat yoldaşı bildirib ki, Avropa uzun illər Ukraynaya, Polşaya və digər ölkələrə qulaq asmadı və hazırda Ukrayna Avropanın Rusiya ilə əməkdaşlıq etməsinə görə əziyyət çəkir.

O, Rusiyanı bütün beynəlxalq təşkilatlarından çıxarmağa çağırıb: “112 gündür Ukraynada müharibə başlayıb. Bu, Ukrayna üçün amansız müharibədir. Milyonlarla insan xilas olmaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb. Rusiya törətdiklərinin cəzasını çəkməlidir”.

Gözdən qaçırmayın:  Sorğu: Avropalıların Ukraynanı dəstəkləməyə nə qədər səbri çatacaq?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button