2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Keçən ilki Xiaomi Civi-nin yenilənmiş versiyası Civi 1S təqdim edilib – QİYMƏTİ

    Keçən il Xiaomi şirkəti Civi adlı smartfonu təqdim etmişdi və həmin smartfon şirkətin ən gözəl smartfonlarından biri hesab edilmişdi. İndi Xiaomi Civi-nin yenilənmiş versiyası təqdim edilib. Söhbət, Xiaomi Civi 1S-dən gedir. Xiaomi Civi 1S öz orijinal dizaynını qoruyub saxlamaqla yanaşı həmçinin yeni texniki özəlliklər də əldə edib. Civi 1S-i keçən ilki Civi-dən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, yeni smartfon Snapdragon 778G Plus prosessoru ilə təchiz olunub. Keçən ilki Civi modeli isə adi Snapdragon 778G prosessoru ilə təchiz olunurdu. Snapdragon 778G Plus modeli isə həm mərkəzi həm də qrafik prosessorun yüksək performansı ilə fərqlənir.

Saytların yığılması Saytlarin yigilmasi

    Xiaomi Civi 1S modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, keçən ilki Civi modeli kimi yeni Civi 1S-in də ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Smartfon ekranında Dolby Vision HDR10+ texnologiyalarının dəstəyi reallaşdırılıb.

    Əsas texniki göstəricilər baxımından Xiaomi Civi 1S modeli Snapdragon 778G Plus prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera (avtofokus dəstəkli) və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bütün bunlardan əlavə olaraq smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Xiaomi Civi 1S MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:

– 8 GB RAM + 128 GB yaddaş – 356$

– 8 GB RAM + 256 GB yaddaş – 403$

– 12 GB RAM + 256 GB yaddaş – 450$.

24 saat” “Keçən ilki Xiaomi Civi-nin yenilənmiş versiyası Civi 1S təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button