2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçən ilin bu günləri!

Xaliq Bahadır

Keçən ilin bu günləri. Feysbuku düşük bir eyforiya bürümüşdü… “Qara camaat” bir yana, bir çox müxalifətçilər, müxalifət liderləri də o eyforiya bataqlığına batmışdılar. Müxalifət liderləri başda olmaqla, hamı dünənədək “antimilli rejim” adlandırdıqları ilə birgəlik sərgiləyirdi. Feysbuku ali baş komandanın, müdafiə nazirinin İrəvanadək gedib çıxacaqları ilə bağlı sayıqlamalar bürümüşdü.
Birinci gündən sonadək indi “aprel döyüşləri” adlandırılan o vur-çatlasının oyun olduğunu, ara yerdə Uğurlu çağlara gərəkli oğulların gərəksiz yerə qurban getdiyini yazırdım. Birinci gündən sonadək! Onda böyük çoxluq mənə qarşı çıxır, məni yamanlayırdı – mənim yaxşı tanıdığım, məni yaxşı tanıyan bir jurnalist başda olmaqla. Məni yaxşı tanıyan o jurnalist mənimlə açıq, kəskin savaşa çıxmışdı – məni “müxalifətçilik” etməkdə suçlamaqla. Görəsən, o çağlar yazdıqlarından – məni yersiz yerə suçlamalarından indi utanırmı?!
İistənilən ölkədə aydınların baslica borcu aldadılan xalqa gerçəyi anlatmaq, onun aldadılmasına yol verməməkdir. İndiyədək dönə-dönə olduğu kimi, o günlər bizdə tanınmışlar tanınmazlara qatılmaqla yalana-yalançıya yoldaş oldular – bir çox müxalifətçilər, müxalifət liderləri içində olmaqla. Görəsən, bu adamlar ən azı indi özlərindən soruşurlarmı: “Necə oldu 4 gün gurultusu dünyanı başına götürən artillriya mərmilərindən biri gedib Xankəndinin qıraqlarınasa da düşmədi?” Axı, bunlar Bakıdan düz İrəvanı vura biləcək supertexnikalarından dəm vururdular..
“Qafqazın ən güclü ordusu” adlandırılan bir ordu, təkcə son 10 ildə 23 milyard dollarlıq “ən yeni döyüş texnikası ilə” donatılmış bir ordu, çox böyük itki – böyük qurbanlar verməklə, Sərkisyanın dediyinə görə, 1800, bunların dediyinə dörə, 2000 hektar çöllük ələ keçirib.
Çağdaş dünyada heç bir ordu, heç bir ali baş komandan neçə hektar olmasından asılı olmayaraq, çöllük ələ keçirmək üçün bir belə itki – bir belə qurban vermir. Başqa bir yandan, dünyanın heç bir ordusu, heç bir ali baş komandanı itirilmiş kəndlərin, rayonların yerinə çoxsaylı itkilərlə neçə hektarsa çöllük tutmağı özünün “böyük uğuru” kimi xalqa sırımağa çalışmaz…
Yaralılarımız ortalıqda qala-qala döyüş dayandırıldı, texnika geri çəkildi. Ermənilərin yaralılarımızı nə günə qoyduqlarını AzTV göstərdi, ancaq… bütünlükə başqa bir nədənlə özləri öz uğursuzluqlarının üstünü açdılar.
Qabaqca Sərkisyanın (Xocalı soyqırımını törətmiş adamın!) “xahişi ilə” döyüşü yarımçıq dayandırdıqlarını dedilər, sonra Putinin göstərişilə tez-tələsik, yaralılarımızı döyüş meydanından çıxarmadan, geri çəkildikləri bəlli oldu…
Bütünlüklə Rusiyaya bağlı bir rejimlə Qarabağ alınmaz. Bütünlüklə Rusiyaya bağlı bir rejim Qarabağı almaq istəməz. Qarabağı almaq bir yana, Qarabağ uğrunda gerçək savaç qərarı belə, xalqa yad, Rusiyaya dogma rejimin sonunu gətirər. Qarabağı yalnız xalqa bağlı bir hakimiyət qaytara bilər – xalqa güvənməklə! Qarabağ uğrunda gerçəkdən uğurlu savaş aparmaq üçün gerçək Xalq-Dövlət-Ordu birliyi yaranmalıdır. Belə bir birlik isə yalnız doğru-düzgün, demokratik seçkilərdən keçməklə yarana bilər. Korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜRÜLDÜYÜ ölkədə gerçəkdən nə güclü xalq, nə güclü dövlət, nə də güclü ordu ola bilər. Bunların olması üçün ölkədə antimilli sistem yerinə milli sistem qurulmalı, qanunsuzluq deyil, qanunçuluq dövlət siyasətinə dönüşməlidir. Xalq indi olduğu kimi siyasətin obyektinə deyil, subyektinə çevrilməklə yüksək dəyər, üstünlük qazanmalıdır. Hüqo deyirdi: “Ellik gəlişmə – xoşbəxt insan, özgür yurddaş, böyük millət deməkdir”. Bizə qabaqca belə bir millət yaratmaq gərəkir.
Qarabağ bizimdir, bizim olacaq, ancaq… indilər yox – ölkədə Demokratik hakimiyət qurulandan sonra!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button