2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Keçid balları niyə 150-yə endirilirdi? – Məleykə Abbaszadə açıqladı

“Biz balları aşağı salmırıq, yalnız müsabiqədə iştirak üçün minimal tələbləri müəyyənləşdirirdik. Ötən ildən Təhsil Nazirliyi də bu işə öz töhfəsini verdi. Nazirlik aşağı nəticə ilə ali məktəbə qəbul olanların yaxşı akademik nəticə göstərmədiyini aşkarlamışdı. Biz də keçid ballarının yüksək olmasının tərəfdarıyıq”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ASAN Radionun efirində keçid ballarının aşağı endirilməsi səbəblərinə aydınlıq gətirərkən deyib.

O, əvvəlki illərdə keçid ballarının 150 bala endirilməsinin səbəblərinə də açıqlayıb: “Bəzi illər vakant yerlərin sayının müsabiqəyə buraxılan uşaqların sayından çox olduğunu müəyyən edirdik. Biz də bu barədə ali məktəb rəhbərləri ilə danışıqlar aparırdıq. O zaman belə bir ideologiya var idi ki, ali məktəblərdə oxuyanların sayı azdır. Müzakirələrdən belə nəticə əldə olunurdu ki, oxumaq üçün vəsait ayırırsa, qoy oxusunlar. Çünki həmin uşaqlar əsasən özəl ali məktəblərə qəbul olurdular. Dövlət sifarişli yerlərdə 300-350 baldan aşağı bal toplayanlar qəbul olmurdu”.

Saytların yığılması Saytlarin yigilmasi

M.Abbaszadə 150 bal toplayan tələbələrin sonrakı nəticələrinin də izləndiyini bildirib: “Biz tələbələrin ali məktəblərdən xaric edilməsi ilə bağlı statistikaya baxanda müəyyən edirdik ki, onlar müxtəlif bal toplayan tələbələr olur və müxtəlif səbəbdən xaric edilirlər. 150 bal toplayanlar çox nadir hallarda xaric edilirdi. Bu vaxta qədər məktəblər həmişə qəbul sayına önəm veriblər. Çünki ali məktəblərin xərcləri bu tələbə kontingentinin ödədiyi vəsait hesabına ödənilirdi. Lakin bununla yanaşı bildirmək istəyirəm ki, biz də 250-300 baldan yuxarı nəticə göstərənlərin ali məktəblərə qəbul olmasını istəyirik. Araşdırmalarda göstərir ki, müsabiqə vəziyyəti də yalnız dövlət sifarişi ixtisaslarında yaranır. Ötən il ödənişli ixtisaslarda yerlərin çoxu boş qalmışdı”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button