Siyasət

Keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirinin həbs müddəti uzadılıb

Bakı/14.09.21 Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti daha üç ay uzadılıb, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat yayıblar. Müslümov əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasiyası, sosial müdafiəsinin təşkilində çoxsaylı sui-istifadə hallarına yol verməsi ittihamı ilə bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Bununla yanaşı istintaq Müslümovun tabeliyində olan qurumların rəhbərlərindən 10 min manatdan 30 min manata qədər rüşvət alması faktlarını da üzə çıxarıb.

Qeyd edək ki, Müslümov həbs olunduğu zaman pensiyaçı olub, irəli sürülən ittihamlar isə onun 2013-2018-ci illərdə vəzifədə olduğu dövrə aiddir.

Səlim Müslümova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311-3.2-ci  və 311.3.3-cü (külli miqdarda rüşvət alma, təkrar törədildikdə) maddələri irəli sürülüb. 06D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button