2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Keçmiş Aparat rəhbəri: ‘İdarə rəislərinin ərizə yazacaq savadı yox idi’

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev deyir ki, müavin Rauf Pənahov vəfat edəndən sonra Hacıbala Abutalıbovun bu vəzifəyə üç namizədi vardı. Onlar da idarə rəisləri idi. Onlar təqdimat verilməsi üçün ərizə yazmalıydılar. Amma yaza bilməyiblər. Çünki ərizə yaza biləcək qədər savada malik olmayıblar.

Rasim Quliyev sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib:

“Rauf Pənahov vəfat edəndən sonra Hacıbala Abutalıbov mənə tapşırıq verdi ki, 3 nəfər idarə rəisinin müavin vəzifəsi üçün təqdimatını hazırlayım. O üç nəfərin arasında mənim adım yox idi. Təqdimatlar üçün onlardan ərizə almalıydım, amma ala bilmədim. Çünki onlar ərizə yazacaq savadda deyildi. Mən bu barədə Hacıbala Abutalıbova məlumat verdim. Bundan sonra Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməyi mənə həvalə elədi…”

Saytların yığılması Saytlarin yigilmasi

“Bütün sənədləri rəhbərliklə razılaşdırırdım”

Quliyev hazırda həbsdədir və məhkəməsi gedir. O bildirib ki, Abutalıbov baş nazirin müavini təyin ediləndən sonra da Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə nəzarət edirdi:

“Mən özbaşına heç bir sənədə imza ata, nəyəsə icazə verə bilməzdim. Mən bütün sənədləri rəhbərliklə razılaşdırırdım. Mənim müavin səlahiyyətlərini icra etməyimi Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də”.

O, əlavə edib ki, tikintiyə icazə və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. O isə sadəcə, razılaşdırılmış halda sərəncama qol çəkib.

Quliyev vurğulayıb ki, ona ittiham verilən Dilarə Əliyeva 141, eləcə də 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncamı Abutalıbov imzalayıb.

Rasim Quliyev Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikintisinə icazə haqda sərəncama görə həbs olunub. Amma o, özünü təqsirli bilmir.

Xatırlatma

Sabiq məmura CM-in 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.

O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button