2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş Baş nazir də Makronu dəstəkləyəcək

Fransanın keçmiş Baş naziri Manuel Valls prezident seçkisində üzvü olduğu Sosialist Partiyanın namizədi Benoit Hamonu deyil, Emmanuel Makronu dəstəklədiyini açıqlayıb. Valls “Prezident mövqeyinin ifrat sağçıların əlinə keçməsinə əngəl törətmək üçün bu addımı atdım” deyib.
Valls “Respublika üçün risk almaq olmaz, ona görə də Emmanuel Mackona səs verəcəyəm.” Makron önəmli dəstək üçün keçmiş Baş nazirə təşəkkür edib.

Valls özü də Sosialist Partiyanın prezidentliyə namizədi olmaq üçün yarışmış, ancaq partiyada seçimi Benoit Hamon qazanmışdı.
Fransada prezident seçkisinin ilk turu 23 apreldə, ikinci turu isə 7 mayda keçiriləcək. Anket sorğularının nəticələrinə görə, ikinci tura ifrat sağçıların lideri Le Pen və mərkəzin namizədi Makron qalacaq.
İkinci turda isə seçimi Makronun qazanacağı gözlənilir.
Emmanuel Makron Manuel Vallsın hökumətində iqtisadiyyat naziri vəzifəsini yerinə yetirib.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button