2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Keçmiş baş prokuror 11 ilədək azadlıqdan məhrum edilə bilər

Bakı/07.01.22 Bu gün, yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azərbaycanın keçmiş baş prokuroru və Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, Həsənov dövlət ittihamçısının çıxışını çox sakit və təmkinlə qarşılayıb. Bu, onun üçün gözlənilməz olmayıb, çünki o, “bu işin sifarişli olduğunu” hesab edir.

Vəkillərin çıxışı yanvarın 14-nə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

* Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illərdə Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti mənimsəməkdə ittiham olunur.

Bəzi müşahidəçilər Həsənova qarşı işi onun siyasi ambisiyaları ilə əlaqələndirir. Həsənov özü hakimiyyətdaxili intriqaların qurbanı olduğunu iddia edir.

Qeyd edək ki, Həsənovla birlikdə həbs edilmiş yüksək vəzifəli XİN əməkdaşları barəsində cinayət işləri ayrıca icraata götürülüb. Sonradan onlar şərti cəzalar alıb. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button