Loading...
Loading...
Xəbərlər

Keçmiş baş prokuror və səfir Eldar Həsənova 10 il həbs cəzası verilib

Bakı/21.01.22 Keçmiş baş prokuror və Serbiyada, həmçinin Bosniya və Herseqovinada keçmiş səfir Eldar Həsənov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu hökmü cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsi Əfqan Hacıyevin sədrliyi ilə çıxarıb.

Eldar Həsənov son çıxışında özünü təqsirli bilmədiyini bildirib və ona bəraət verilməsini xahiş edib. 

Məhkəmə onu 2010-2020-ci illərdə Rumıniya, Serbiya, Bosniya və Herseqovinada səfir vəzifəsində işlədiyi dövrdə dövlət maraqlarına 180 min avrodan çox ziyan vurmaqda və 100 min avrodan çox vəsaitdən təyinatı üzrə istifadə etməməkdə təqsirli bilib.

Bu məbləğlər adı çəkilən ölkələrdə səfirlik binalarının alınması və təmiri zamanı mənimsənilib. 

Həsənov CM-in mənimsəmə, oğurluq və sui-istifadə maddələri ilə mühakimə olunub.

Xatırladaq ki, Eldar Həsənov 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən XİN-in Konsulluq Xidmətinin bir neçə digər işçisi ilə birlikdə həbs edilib.

Maraqlıdır ki, eyni miqyasda mənimsəmədə ittiham olunan digər üç XİN işçisi sonradan şərti cəza alıb və həbsdən azad edilib. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button