Loading...
Loading...
Gündəm

Keçmiş deputatın oğlu məhkəməyə verildi

“Ultel” MMC keçmiş deputat Fərhad Qəribovun oğlunu məhkəməyə verib. 

Qlobal.az xəbər verir ki, şirkətin Qəribov Zöhrab Fərhad oğluna qarşı iddiası qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. İş artıq apellyasiya  mərhələsindədir. 

3 noyabr 2021-ci il tarixə hakim Akif İsgəndərovun sədrliyi ilə baxış iclası təyin edilib. 

Zöhrab Qəribovun hansı qanunsuz tikiliyə sahib olması barədə bilgi yoxdur. 

Fərhad Qəribov Milli Məclisin 3-çü çağırış deputatı olub. O, həmçinin biznesmen kimi tanınıb. Fərhad Qəribov ləğv olunmuş “Debüt Bank”ın, Bakıdakı məşhur “Şəki” restoranının sahibi olub. Yeri gəlmişkən, 2017-ci ildə Mərkəzi BankŞəki” restoranının hərraca çıxarılaraq satılması barədə məhkəməyə müraciət etmişdi. Bu məsələdə əsas fiqurant Zöhrab Qəribov idi. 

Bəzi məlumatlara görə, bu qalmaqaldan sonra “Şəki” restoranı Fərhad Qəribovun əlindən çıxıb. İndi “Ultel” MMC-nin iddiası əsasında keçmiş deputat daha bir obyektini itirə bilər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ultel” MMC 13 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 035 530 ABŞ dolları olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərov Rizvan Ziyanur oğludur.

Rizvan Səfərov

“Untel” MMC-nin veb-səhifəsindəki məlumata görə, Rizvan Səfərov həm də şirkətin Baş direktorudur.

Rizvan Səfərovun özünə gəlincə, o, 1996-2011-ci illərdə “AzEuroTel” MMC-də Baş direktorun müavini – Texniki direktor vəzifəsində, 2011-2020 illərdə “Azərtelekom” MMC və “Azərkonnekt” MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən isə “Ultel” MMC-nin Baş direktorudur.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button