2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Keçmiş hakim həbs olunub (yenilənib)

Yayımlandı: 26 İyul 2022 15:28

Baş Prokurorluq da keçmiş hakimin həbs xəbərini təsdiqləyib. Bu qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, İlyas Mahmudov hakim olduğu dövrdə qanunsuz qətnamələr çıxarmaqda ittiham olunur. Həmin qətnamələr əsasında əsassız olaraq, pensiyalar təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Naziriyindən daxil olmuş materiallar əsasında araşdırmalar aparıldıqdan sonra İlyas Mahmudovun barəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“İstintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudov icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamələr qəbul edib. Bunun müqabilində ayrı-ayrı şəxslərdən rüşvət almasına, 2 halda bilə-bilə ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var”, – prokurorluqdan bildirilib.

İlyas Mahmudov həmçinin qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham olunur. İttihama əsasən, o, əmək stajı və əlilliyin müəyyən edilməsilə qanunsuz məhkəmə aktları çıxarıb.

İlyas Mahmudovun bu hərəkətləri nəticəsində təyin olunmuş pensiyalar üzrə ümumilikdə 243 min 441 manat ödəniş olduğu iddia edilir.

İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Sabiq hakimin özünün və ya yaxınlarının, vəkilinin ittihama münasibəti məlum deyil.


Cinayət işinin İlyas Mahmudovun hakimlik etdiyi dövrdəki fəaliyyətilə bağlı olduğu deyilir

Fəaliyyətindəki pozuntular əsas gətirilərək, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudov həbs olunub. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilir. Prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsində iki gün öncə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Meydan TV-yə məlumat verən mənbə bildirib ki, cinayət işi İlyas Mahmudovun hakim olduğu dövrdəki fəaliyyətilə bağlıdır. O, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunur.

“Bu cinayət işi üzrə araşdırmalar 2019-cu ildən gedir. Hələ hakim olduğu dövrdə Məhkəmə-Hüquq Şurasına ondan çoxsaylı şikayətlər edilib. Bunun əsasında da onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurası prezidentə təqdimat verib. O, xeyli müddətdir istintaqa cəlb edilmişdi”, – mənbə bildirib.

İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1993 –1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button