Loading...
Loading...
Xəbərlər

Keçmiş icra başçısına 13 il həbs istəndi

Prokuror İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevə 13 il həbs cəzası istəyib. O bu təklifini iyulun 1-də keçirilən məhkəmədə dilə gətirib.

Prokurorun fikrincə, sabiq icra başçısına verilən külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısı Vilyam Hacıyevə məxsus, ancaq üzərində həbs olan 6 milyon manatdan çox pul və əmlaklarının da müsadirə olunaraq yeyintilərdən dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.

Məhkəmə istintaqının yekunlaşmasına etiraz edən Vilyam Hacıyev və vəkili yetərincə araşdırma aparılmadığını bildiriblər. Ekspert rəyləri obyektlərə, binalara baxış keçirilmədən, yalnız Maliyyə Nazirliyinin tərtib etdiyi yoxlama aktları əsasında verilib. Onlar təkrar ekspertiza keçirilməsini istəsələr də, məhkəmə bu məsələyə “yox” deyib.

Məhkəmə iyulun 8-də vəkilin çıxışı, sabiq icra başçısının son sözü ilə yekunlaşacaq.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. O, 2020-ci ilin mayında bu vəzifədə çalışarkən DTX əməkdaşlarının keçirdiyi əməliyyatda həbs edilib.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rusiya qoşunları İlan adasından çıxarılır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button