2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş icra başçısına 4 il həbs cəzası verildi

Keçmiş məmurların məhkəməsi yekunlaşdı

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun mühakiməsi yekunlaşıb. 

Yanvarın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Nural Əliyevin sədrliyilə çıxarlan hökmə əsasən, Məharət Mustafayev və Əli Rüstəmovun hər biri 4 il azadlıqdan məhrum edilib. 

Razin Qəhrəmanov isə 10 min manat cərimə olunub. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərini aşma), 311 (rüşvət alma), 32.312 (rüşvət verməyə təhrik), 314-1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələrilə təqsirli bilinib.

Lakin təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib. Onlar məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. 

Vəkillər də müdafiə çıxışında müvəkkilləri haqqında bəraət hökmü çıxarmağı xahiş ediblər.

Məharət Mustafayevin vəkili deyib ki, hökm çıxarılanda müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu, onun səhhətindəki problemlər nəzərə alınsın.

Prokuror Məharət Mustafayev və Əli Rüstəmova 6 il, Razin Qəhrəmanova isə 5 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button