2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş MTN-çi məhbusların həbsdə necə “vəhabiyə” çevrilməsindən danışdı – ŞOK AÇIQLAMA

ilham-ismayilHəbsdən azadlığa çıxan Tofiq Yaqublunun həbsxanadakı dini vəziyyət haqqında dedikləri son günlər ən çox müzakirə edilən mövzuya çevrilib.

Tofiq Yaqublu “Yeni Musavat” qəzetinə verdiyi müsahibəsində bildirib ki, vəhabilər birmənalı şəkildə deyirdilər ki, çıxacağıq və bizə fətva gəlsin, universitetləri, kinoteatrları dağıdacağıq.

“Efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar “Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, təəssüf hissi keçirir və qəmginləşirlər”, – Tofiq Yaqublu müsahibəsində belə vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, müstəqil ekspert İlham İsmayıl Ölkə.Az-a danışıb:

“Hüquq mühafizə orqanlarının işçisi həbsə düşəndə, adətən onları digər məhbuslardan fərqli olaraq başqa yerdə saxlayırlar. Bunu ona görə edirlər ki, məhbuslar arasında gərginlik yaranmasın. Bir-birlərinə qarşı olan radikal dindarlar eyni həbsxanada qarşıdurma yarada bilərlər. Onlara o qədər ciddi nəzarət etmək lazımdır ki, onlar arasında qarşıdurma olmasın. Ancaq bu ideologiyadır. Buna tam nəzarət etmək mümkün deyil. Hər an qarşıdurma yarana bilər.

Radikal dindarların “haranısa partladarıq”, “əmr gözləyirik” deməsi onu göstərir ki, o kontingentə daim nəzarət olmalıdır. Onlara əməliyyat şəraitində nəzarət olmalıdır. Onların hamısı “beyni yuyulmuş” adamlardır. Radikallığa köklənən insanlar nəzarətdə olmasa bizi də təhlükə gözləyə bilər. Ona görə də, maksimum çalışıb orada maarifləndirici işlər görmək lazımdır. Böyük bir proqram olmalıdır. Dini işlər üzrə Dövlət Komitəsi, QMİ, Ədliyyə Nazirliyi və Pentensiar Xidmətlə birgə cəzaçəkmə müəssisələrində işlər aparmalıdırlar.

Həbsxanaya düşən adamların çoxu orada Quran oxumağa başlayır. Həbsxanaya düşən adamlar daha çox Allaha sığınırlar. Bu psixoloji bir haldır. Əgər orada vəhabilər çoxdursa, dindən uzaq adamlar da onların təsirinə düşə bilərlər. İnsanların həbsxanalarda dinə meyillənməsi sırf psixoloji haldır. Həbsxanada insanın əli hər yerdən üzüldüyünə görə, onlarda dinə meyillilik artır.

Radikal dindarlar bütün dünyada təhlükə yaratdığı kimi Azərbaycanda da yarada bilərlər. Onlara nəzarət mütləq olmalıdır. Penitensiar xidmət həbsdən çıxan adamın hansı xarakterdə olduğu barədə xüsusi xidmət orqanlarına məlumat verməlidir. Paralel şəkildə iş görmək lazımdır ki, onları nəzarətdə saxlaya bilsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button