2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş MTN-çilərdən daha birinin məhkəməsi başladı

Daha bir MTN polkovniki, keçmiş nazirliyin Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş Mirəziz Əsgərovun məhkəməsi başlanıb.

Martın 31-də Bakı Hərbi Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Cinayət işinə Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Mirəziz Əsgərov elə ilk məhkəmə iclasında işinə qərəzli baxılmasından gileylənərək, deyib ki, heç bir günahı yoxdur, bunu istintaqçılar da bilir, amma obyektiv yanaşmırlar: “İstintaqın aparılmasından şikayətçiyəm. Mənə qərəzli olmalarını başa düşə bilmirəm. İstintaqımı aparanlar nüfuzlu müstəntiqlər, prokurorlardır, həqiqəti də məndən yaxşı bilirlər. Bilirlər ki, bu işdə mənim günahım yoxdur”.

“Vəziyyətim yaxşı deyil”

Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov müvəkkilinin haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyən vəkil MTN polkovnikinin ağır xəstə olduğunu da bildirib: “Adam bu vəziyyətdə 17 aydır ki, həbsdədir. MTN hospitalından verilən arayışda da Mirəziz Əsgərovun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi görünür. Fevralın 14-də durumu kəskin ağırlaşdığından, o, əvvəlcə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və orada müalicə mümkün olmadığından şəhər xəstəxanasına aparılıb. Fevralın 20-dək Mərkəzi Klinik Xəstəxanada müalicə olunana polkovnik hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır. Halbuki belə xəstəliklərlə orada saxlanması mümkün deyil”.

Müdafiəçi müvəkkili adından vəd verib ki, Əsgərov həbsdən buraxılsa, qaçıb gizlənməyəcək, məhkəmə iclaslarına vaxtlı-vaxtında gələcək.

MTN polkovnikinin özü də sağlıq durumunun ağır olduğuna diqqət çəkərək deyib ki, istintaq təcridxanasında 4 dəqiqə ölü vəziyyətində olub: “Vəziyyətim yaxşı deyil. Həkimlər də məsləhət görüblər ki, daim açıq havada olum, əks halda, durumum yaxşı olmayacaq”.

Prokuror onun həbsdən buraxılmasına etirazını bildirən prokuror Mirəziz Əsgərovun həyatına təhlükə olmadığını vurğulayıb.

Polkovnikin həbsdən buraxılmasına məhkəmə də razılıq verməyib.

“Qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq?”

Prokuror prosesin bir bölümünün qapalı aparılmasını da təklif edib və fikrini belə əsaslandırıb ki, bu adam Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi işləyib, onun xidmət dövrü ilə əlaqədar iş materiallarında dövlət sirri sayılan məlumatlar var.

Mirəziz Əsgərov bütövlükdə məhkəməsinin, hətta bir hissəsinin də qapalı keçirilməsini istəmir: “Mənim xidmətim hər kəsə məlumdur. İşlədiyim quruma, millətimə xidmət etmişəm. Prosesi qapalı keçirmək nəyə lazımdır? Açıq məhkəmə keçirin, hər kəs də görsün ki, necə xidmət eləmişəm. Özü də bu işdə məxfilik qalmayıb. Prokurorluq bütün məlumatları yayıb. Qəzetlər, saytların hamısı bu işdən yazırlar. İndi qapalı iclas keçirməklə hansı məxfilik qorunacaq? Mən başa düşmürəm”.

Ancaq prokurorun təklifini əsaslı sayan hakimlər məhkəmənin bir bölümünün qapalı keçirilməsinə qərar veriblər.

Məhkəmə baxışı aprelin 14-nə təyin edilib.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button